Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı fəal Pərisa Rəfii azadlığa çıxıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı fəal Pərisa Rəfii azadlığa çıxıb

Güney azərbaycanlı fəal Pərisa Rəfii azadlığa çıxıb


Müddəti bitən milli fəal 11 ay ədalətsiz həbsdən sonra iyunun 8-də Tehranın Evin həbsxanasından azadlığa çıxıb.



Qeyd edək ki, P.Rəfii 7 iyul 2020-ci ildə Evin həbsxanasının məhkəməsinin hökmlərin icrası şöbəsinə çağrıldıqdan sonra saxlanılıb, həbs cəzasını çəkmək üçün həmin zindanın qadınlar bölməsinə köçürülüb.


O, həbs müddətində yaxınları ilə görüşdən məhrum edilib və məzuniyyətə buraxılmayıb.



Zəncanlı öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin girişində İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılaraq Evin zindanının 209-cu bölməsinə aparılıb.

O, 23 gün təkadamlıq kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.



Pərisa Rəfii 2019-cü ilin may ayında İran rejimi tərəfindən həbs edilənlərin ağır vəziyyəti barədə yazdığı açıq məktuba görə, mühakimə olunub.

Azərbaycanlı öyrənci bu məktubda İran həbsxanalarında acınacaqlı vəziyyətdə saxlanılan siyasi fəallardan, xüsusilə də qadınlardan bəhs edib. O, məhkəmə məmurları tərəfindən bakirəlik testi və edamla təhdid edildiyini yazıb.



O, Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində “ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə sözləşmə və toplaşmada iştirak etmək”, “sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai düzəni pozmaq”da günahlandırılaraq 7 il həbs cəzasına və 74 şallaq zərbəsinə məhkum edilmişdi.

Bundan əlavə, məhkəmə Rəfiinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum etmişdi.

Daha sonra ümumi əfv sərəncamına uyğun olaraq onun barəsində çıxarılan cəzalar bir il həbs ilə əvəz edilmişdi.

Geri dön