Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: Dünya birliyinin Ermənistanın cinayət əməlləri qarşısında susması təəssüf doğurur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Dünya birliyinin Ermənistanın cinayət əməlləri qarşısında susması təəssüf doğurur

Fərəc Quliyev: Dünya birliyinin Ermənistanın cinayət əməlləri qarşısında susması təəssüf doğurur


“2020-ci il 10 noyabr tarixində üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb etsə də, düşmən tərəf buna məhəl qoymur. Nəticədə, təəssüf ki, Azərbaycanın dinc sakinləri, o cümlədən xidməti vəzifələrini yerinə yetirən jurnalistlər həlak olurlar”.

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

F.Quliyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə törədən minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası üçtərəfli Bəyanatın öhdəliklərinə əməl olunmadığını göstərir: “Beynəlxalq ictimaiyyət Ermənistana xəritələri vermədiyinə görə təsir göstərməlidir. Amma biz, əksinə, bu məsələdə müəyyən qədər gözləmə mövqeyi tutulmasının və susqunluq nümayiş etdirilməsinin şahidi oluruq”.
“Digər tərəfdən, Azərbaycan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə əməl olunması istiqamətində Ermənistana təzyiqin artırılmasını tələb etdiyi halda, dünya birliyinin Ermənistan tərəfinin cinayət əməlləri qarşısında susması təəssüf doğurur. Halbuki Azərbaycanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsində bəzi beynəlxalq qurumların saxtakar Ermənistanın təbliğatına dəstək verməsini görməkdəyik. Həmin dövlətlər Azərbaycana qarşı haqsız şəkildə çağırışlar ünvanlamaqdansa, Ermənistandan qanunsuz əməllərə son qoymasını tələb etməlidir. Azərbaycan cəmiyyəti isə bu məsələdə birlik və həmrəylik nümayiş etirməlidir”, - deyə F.Quliyev bildirib.

Qaşqay RAMAZANOV/YeniAzərbaycan

Geri dön