Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdoğanın qətiyyətli Şuşa səfəri kimlərə mesajdır…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Ərdoğanın qətiyyətli Şuşa səfəri kimlərə mesajdır…

Ərdoğanın qətiyyətli Şuşa səfəri kimlərə mesajdır…


Fərəc Quliyev: “Şuşada heç bir sənəd imzalanmasa belə, ora gediş özündə çox mətləbi ehtiva edir”

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfərə hazırlaşır. Ərdoğan bildirib ki, iyunun 16-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Türkiyə-Uels oyununu izləyəcək:

“Brüsseldəki proqramımızdan sonra Bakıda İlham Əliyev qardaşımızın qonağı olacağıq. Oradan Şuşaya gedəcəyik. İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər keçirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi, Ermənistan başda olmaqla, bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarının açılması fürsətidir. Türkiyə olaraq, qarşıdakı zamanlarda danışıqları davam etdirməyi düşünürük. İyunun 16-da Bakıda hərbçilərimizlə görüşəcəyik”.

Bu açıqlamadan məlum olur ki, Ərdoğan Türkiyə-Uels matçından öncə Şuşaya səfər edəcək. İstisna deyil ki, Azərbaycan və Türkiyə arasında mühüm müqavilələr Şuşada imzalanacaq. Proseslərə istinadən Əliyevlə Ərdoğanın Bakıda regionun, həm də qlobal güclərin mübarizəsinin inkişafını müəyyənləşdirəcəyini deyə bilərik. Ərdoğanın qətiyyətli Şuşa səfəri kimlərə ünvanlanmış və hansı məzmunlu mesaj sayıla bilər?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, doğrudan da Ərdoğanın bu səfərindən məmnun olmayanlar var: “Çünki Türkiyənin israrlı Qafqaz siyasəti və Azərbaycan-Türkiyə tandeminin bölgədə dominant gücə sahib olmasından məmnun qalmayan güclər var. Həmin qüvvələr bölgədə öz maraqlarının istədikıəri kimi təmin olunması üçün Türkiyənin bölgədən sıxışdırılmasında maraqlıdır. Həmçinin istəyirlər ki, Türkiyə-Rusiya münasibətlərində dərin çatlar yaransın. Rusiyanın özü də Türkiyənin müəyyənləşən qırmızı cızıgini keçməsini istəmir. Təbiidir ki, rəsmi Moskva da Türkiyəni qısqanır. Cənab Ərdoğanın Şuşa səfərində çoxlu mesajlar var. Demək istəyir ki, onlar artıq Azərbaycanla ortaq gələcəklərini özləri müəyyənləşdirir. Regionu əhatə edən meqa layihələrin müəllifləri bizik və buradakı sülhü, əminamanlığı birgə qorumaqda maraqlıyıq. Demək istəyir ki, kimin qısqanmağından asılı olmayaraq, Türkiyə bölgədən getməyəcək və iki qardaş ölkə arasındakı münasibətlər nəinki zəifləməyəcək, hətta inkişaf edəcək. Bu baxımdan da Ərdoğanın səfərini önəmli saya bilərik. Şuşada heç bir sənəd imzalanmasa belə, ora gediş özündə çox mətləbi ehtiva edir. Təbiidir ki, ciddi müzakirələrin aparılacağı gözlənilir. Ərdoğan Bakıya birbaşa Brüsseldən gəldiyinə görə, keçmiş Qarabağ münaqişəsinin post-müharibə dönəmi ətrafında fikir mübadiləsi aparılacaq. Belə mövqe həm bizim, həm də Türkiyənin əlini gücləndirir. Həm də bölgədə marağı olan qüvvələrə bir mesajdır ki. buralarda bizim razılığımız olmadan nəsə etmək mümkün deyil. Hesab edirəm ki, Şuşadakı təmaslar və qəbul edilən qərarlardan sonra bu məsələ ilə bağlı daha geniş açıqlamalar vermək olar”.

Məhəmmədəli QƏRİBLİ/bakixeber.com

Geri dön