Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səhiyyə nazirinin birinci müavini İİV/QİÇS üzrə BMT Baş Assambleyasının iclasında çıxış edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Səhiyyə nazirinin birinci müavini İİV/QİÇS üzrə BMT Baş Assambleyasının iclasında çıxış edib

Səhiyyə nazirinin birinci müavini İİV/QİÇS üzrə BMT Baş Assambleyasının iclasında çıxış edib


İyunun 8-dən 10-na kimi videokonfrans formatında BMT Baş Assambleyasının İİV/QİÇS üzrə yüksək səviyyəli iclası keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ölkəmizi səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev təmsil edib.

Çıxışı zamanı Teymur Musayev Azərbaycanın İİV/QİÇS-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında olduğunu vurğulayıb: “Lakin bu infeksiyanın transsərhəd olmasını nəzərə alınaraq, bu problem ölkəmiz üçün də aktual olaraq qalır”.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 2006-cı ildən etibarən, İİV-lə mübarizədə milli strateji istiqamətlərin qorunub saxlanılması üçün UNAIDS/WHO-nun dəstəyi ilə ölkəmizdə hər 5 ildə bir Nazirlər Kabinetinin “İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər proqram”ları qəbul olunur. Tədbirlər Proqramının məqsədi Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Teymur Musayev, həmçinin Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr barədə məlumat verib: “İİV-ə yoluxmada yüksək riskli əhali qrupları arasında İİV-in yayılma səviyyəsinin aşağı salınması; İİV-in anadan körpəyə ötürülməsi hallarının qarşısının alınması; erkən aşkarlanma, müalicə, qulluq və yardım vasitəsilə İİV infeksiyası ilə bağlı ölüm hallarının azaldılması və İİV-lə yaşayan insanların ömürlərinin uzadılması qarşıya qoyulan ilkin məqsədlərdir. Dövlət proqramlarına dəstək üçün dövlət büdcəsindən vəsait ayrılır, bunlardan biri də “Azərbaycan Respublikasında İİV/QİÇS-nin yayılmasının qarşısının alınması proqramı”dır. 2020-ci ilin dekabrında başa çatan son belə proqramda İİV cavabının bütün digər bölmələri ilə birlikdə əhaliyə pulsuz ARV terapiyası, test xidmətləri, əsas qruplar üçün profilaktik müdaxilələr təmənnasız verilir. Hazırda 2021-2025-ci illər üçün növbəti Dövlət Proqramı təsdiqlənmə mərhələsindədir. Hədəflərin 95-95-95-ə çatması, damğalanma və ayrı-seçkilik hallarının aradan qaldırılması, habelə zərərin azaldılması proqramlarının daha da genişləndirilməsi Tədbirlər Proqramına daxildir”.

COVID-19 pandemiyasının İİV-lə mübarizədə planlı tədbirlər də daxil olmaqla, həyatın bütün sahələrinə mənfi təsiri məsələsinə toxunan Teymur Musayev sərt karantin rejiminin və digər məhdudiyyətlərin gözlənilən 90-90-90 hədəfinə çatmaq niyyətinə mənfi təsir göstərdiyini təəssüflə qeyd edib: “Buna baxmayaraq, ölkəmizdə İİV-in analardan övlada yoluxmanın qarşısının alınması istiqamətində müsbət tendensiya müşahidə edilir və 2015-ci ildən bəri İİV-in şaquli yolla yoluxma halı qeydə alınmayıb. Zamanında qəbul edilən qərarlar COVID-19 pandemiyasının ağır şərtlərində ARV terapiyasının davamlılığını və mövcudluğunu, Vərəm/HİV, narkoloji/HİV xidmətləri sahəsindəki xidmətlərin inteqrasiyasını təmin edib”.

Çıxışının sonunda Teymur Musayev Azərbaycan Respublikasının “BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərinə nail olmaq” Konsepsiyasının mərhələli şəkildə icra etməsini, İİV infeksiyası ilə mübarizənin səhiyyə siyasəti çərçivəsində əhəmiyyətinin vacibliyini dərk edərək, BMT-nin İİV/QİÇS-lə bağlı Siyasi bəyannamələrinə uyğun olaraq, öz öhdəliklərini yerinə yetirdiyini vurğulayıb.

“Azərbaycan İİV/QİÇS-lə mübarizəyə sadiq qalaraq, yeni Siyasi Bəyannamənin qəbul edilməsini alqışlayır və yeni reallıqları nəzərə alaraq, Bəyannamənin qəbul olunacağına ümid etdiyini, 2030-cu ilədək İİV/QİÇS-in aradan qaldırılması hədəfinin həllinə öz töhfəsini verəcək”, - deyə Teymur Musayev fikrini tamamlayıb.

Geri dön