Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Goranboy rayonunda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir
Goranboy rayonunda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir |
Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tapqaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yenidənqurma işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 31 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tapqaraqoyunlu avtomobil yolunun tikintisi Xan Qərvənd kəndini əhatə edən istiqamət və Tapqaraqoyunlu kəndinə qədər olmaqla 2 istiqamət üzrə aparılır. Avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur. Layihə çərçivəsində yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün genişləndirmə işləri aparılıb, torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib. Artıq layihənin Əlirzalı və Xan Qərvənd ərazilərini əhatə edən hissələrində işlər yekunlaşıb. Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton suötürücü boruların tikintisi işləri də aparılıb. Qeyd edilən işlərin yekunlaşdığı ərazilərdə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri görülür. Bu çərçivədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənərək, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilir. Layihəyə uyğun olaraq, Səfikürt və Əlirzalı kəndləri ərazisində istismar müddətini başa vurmuş iki mövcud dəmir-beton körpülərin bərpası işləri də artıq yekunlaşıb. Yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yolboyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək. Sözügedən yolun yenidən qurulması yolboyu yaşayan vətəndaşlarımızın rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaratmaqla avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, yük və sərnişin daşımasını asanlaşdıracaq, kənd təsərrüfatının inkişafına təkan verəcək. Geri dön |