Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Tədqiqat proqramına seçilən mentor və mentilərlə görüş keçirilib
Tədqiqat proqramına seçilən mentor və mentilərlə görüş keçirilib |
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan tədqiqat mentorluq proqramına seçilən mentor və mentilərlə onlayn görüş keçirilib.
Bu bar ARTİ-dən bildirilib. Görüşdə çıxış edən institutun direktoru Rüfət Əzizov bildirib ki, proqramın əsas məqsədlərindən biri də ARTİ-də mövcud olan tədqiqat resurslarından və imkanlarından institutdankənar mütəxəssislərin faydalanmasıdır. Bu istiqamətdə fəaliyyətin genişləndirilərək ölkədə tədqiqat potensialının artırılmasına və tədqiqatçı şəbəkəsinin yaradılmasına töhfələr verəcəyi gözlənilir. Proqramda iştirak edən mentorlar və mentilər layihənin bir sıra üstünlüklərindən yararlanacaqlar. Belə ki, mentorlar tədqiqat idarəçiliyini öyrənəcək, ARTİ-nin aidiyyəti üzrə əməkdaşları ilə fikir mübadiləsi aparacaq, həmçinin geniş tədqiqatçı şəbəkəsinə qoşulacaqlar. Mentilər isə daha çox tədqiqat işini və metodlarını öyrənəcək, təcrübəli tədqiqatçılarla tanış olacaq, eyni zamanda, tədqiqatçı olmaq şansını qazanacaqlar. R.Əzizov bildirib ki, proqram çərçivəsində həyata keçiriləcək bir sıra fəaliyyətlərin planlaşdırılmasında mentorların da təşəbbüslərinə və ideyalarına ehtiyac duyulur. Proqramda qoyulan suallar təhsil sistemimizdə araşdırılmasına ehtiyac olan mövzulardır. Ölkədə tədqiqata marağın artırılması, tədqiqat təfəkkürünün genişləndirilməsi tədricən innovasiyaların tətbiqinə gətirib çıxaracaq. Məhz bu səbəbdən layihənin missiyalarından biri də tədqiqat işinin vacibliyini təbliğ etməkdir. ARTİ-nin strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən Könül Abaslı bildirib ki, proqram üçün seçilən mövzular əsasən təhsilin müxtəlif pillə və səviyyələrini əhatə edir. Bunlara ümumi, ali və peşə təhsili aiddir. İştirakçıların hər birinin təhsil göstəriciləri, tədqiqat təcrübəsi, maraq dairəsi və digər bu kimi faktorlar nəzərə alınaraq təhlil edilib və tədqiqat mövzuları seçilib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib. Qeyd edək ki, ARTİ ölkədə mövcud tədqiqat potensialının gücləndirilməsi və keyfiyyətli tədqiqatların sayının artırılması məqsədilə mentorluq proqramını icra edir. Mentorluq üçün 379 və mentilik üçün 243 nəfər olmaqla ümumilikdə 622 nəfər namizədin müraciəti qeydə alınıb. Müraciət edən namizədlərdən proqramın müsahibə mərhələsinə 35 nəfər mentorluq və 63 nəfər mentilik üçün dəvət olunub. Müsahibələrin qiymətləndirilməsi zamanı proqramda iştirak üçün 23 mentor və 47 menti seçilib. Geri dön |