Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Biz bu gün çox ciddi hədəfimizə çatmışıq
Biz bu gün çox ciddi hədəfimizə çatmışıq |
Partiya sədri: «Bundan sonra kimsə Azərbaycana müdaxilə edərsə, qarşısında Türkiyəni, Türkiyəyə müdaxilə edərsə qarşısında Azərbaycanı görəcəkdir»
«Biz bu gün çox ciddi hədəfimizə çatmışıq. Uzun illər biz Azərbaycan cəmiyyətində Türkiyə-Azərbaycan birliyinin formalaşması üçün çalışdıq. Hər tərəfdən basqılar gördük, bəziləri buna mane olmağa çalışdı. Amma zaman göstərdi ki, Azərbaycan və Türkiyənin bir yerdə olması türkün xilasıdı». Bunu «Azad Azərbaycan» qəzetinə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib. Onun sözlərinə görə, artıq Azərbaycan və Türkiyə özünün ortaq gələcəyini özləri müəyyənləşdirir: «Turan sevdalıların gözü aydın olsun. Biz nələr arzulayırduq, arzululayırdıq ki, Azərbaycan və Türkiyə ortaq olaraq siyasəti müəyyənləşdirsin. Xarici siyasəti də eyni cür aparsın biri-birinə dəstək olsun. Bu gün artıq Şuşa Bəyannaməsində bu öz əksini tapdı. Bu gün bu da öz əksini tapdı. Artıq Azərbaycan və Türkiyə özünün ortaq gələcəyini müəyyənləşdirəndə həm hərbi sahədə, həm siyasi sahədə ortaq addımlar atmağa qərara gəldi». Partiya sədri qeyd edib ki, artıq demək olar ki, Azərbaycan və Türkiyə birgə ortaq hərbi sənayesini müəyyənləşdirəcəkdi: «Azərbaycanın özündə belə Türkiyə prezidenti Ərdoğanın dediyi kimi nəinki biz uçan pilotsuz aparatlar alacıq, biz istehsaçı olacağıq və bunu satacağıq. Bu çox böyük irəliləyişdir. Biz həmişə arzulayırdıq ki, Azərbaycan bütün imkanlarını Türkiyə üçün, Türkiyə isə bütün imkanlarını Azərbaycançun açsın. Bu gün bu baş verir. Artıq Bəyannamədə göstərildiyi kimi Azərbaycan və Türkiyə demək olar ki, vahid ordu yaradır. Azərbaycan və Türkiyə birlikdə təlim keçəcəklər. Biz zaman-zaman arzulayırdıq ki, Azərbaycan başqa dövlətlərdən silah alışında asılı vəziyyətdə qalmasın, xüsusən də Rusiyadan asılı vəziyyətdə düşməsin. Dəfələrlə bildirmişdik ki, Azərbaycan artıq NATO tipli ordu yaratmalıdır, çox şükür bu günkü Şuşa Bəyanatında bu əksini tapdı». F.Quliyev vurğulayıb ki, artıq Azərbaycan Türkiyə ordusunun bir kiçik formasını burada modernləşdirəcək: «Zaman-zaman onu demişik ki, Azərbaycanın və Türkiyənin ümumiyyətcə, Türk cümhüriyyətlərinin xilası bütün potensialını birgə istifadə etmək təhlükəsini birgə təmin etməkdən keçir. Artıq bu gün Şuşa Bəyannaməsində istənilən gücə qarşı, hərbi müdaxiləyə qarşı biri-birinə hərbi yardım haqqında anlaşma əldə olundu. Bu çox böyük bir nailiyyətdi. Bundan sonra kimsə Azərbaycana müdaxilə edərsə, qarşısında Türkiyəni, Türkiyəyə müdaxilə edərsə qarşısında Azərbaycanı görəcəkdir». Partiya sədri bildirib ki, Azərbaycan və Türkiyə bütün potensialını ortaya qoyaraq, iqtisadi cəhətdən birgə inkişafını müəyyənləşdirə bildi: «İstər qaz dəhlizi məsələsində, istərsə də mədənlərimizin istismarı, yeni infrastruktur və sənaye müəssisələri yaradılması olsun, müəyyən ərazilərimizin bərpasında Türkiyə şirkətlərinin iştirakı olsun və başqa məsələlərdə artıq iqtisadi imkanlar birləşir. Biz 44 günlük müharibəyə girəndə Türkiyənin açıq şəkildə bir iradəsini gördük, tam əmin olduq, yanımızda olduğunu bildik və savaşa daxil olduq. Çox böyük bir dəstək idi, bizə qarşı olan güclər kənarda dayandılar. Türkiyənin bu açıq mövqeyinə görə artıq bundan sonrakı münasibətlərdə Türkiyənin mövqeyi bəyannamədə əksini tapdı. Biz zatən bir yerdəydik və bundan sonra da bir yerdə olacağıq». F.Quliyev əlavə edib ki, Azərbaycan və Türkiyə liderlərinin Şuşada imza qoyduğu Bəyannamədə Zəngəzur dəhlizi ilə bağlı açıq ifadələr yer alıb: «Artıq hər bölgənin, Türkiyə və Azərbaycanın Qərb və Şərq arasında qızıl körpü rolu oynayacağı reallaşmağa başlayacaqdı. Türkiyə artıq bölgəyə sülh gətirən bir dövlətdir. Şuşa Bəyannaməsi bütün dünyaya mesaj oldu. Bu ulu Azərbaycan şəhərində Türkiyənin konsulluq açma qərarı da göstərdi ki, Türkiyə həm də siyasi platformada bütün imkanlarını bir daha Azərbaycanın xeyrinə istifadə edəcək. Bu da çox böyük əhəmiyyət kəsb edən məsələdir. Əlbəttə bu siyahını uzatmaq mümkündür və mən hesab edirəm ki, Türkiyə və Axərbaycanın Şuşada birgə imzaladığı bu Bəyannamə bizim uzun illər arzuladığımız, bütün arzularımızın çin olduğu bir andı». Bilman İSAQ/gunaz.az Geri dön |