Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > ÜST koronavirusun Afrikada sürətlə yayılmasından narahatdır
ÜST koronavirusun Afrikada sürətlə yayılmasından narahatdır |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni variantları sayəsində Afrikada pandemiyanın üçüncü dalğasının güclənməsindən narahatdır.
Afrikada koronavirusa yoluxma halları hər həftə orta hesabla 22 faiz artır. Bu məlumatı ÜST-ün Afrika üzrə regional direktoru Matşidiso Moeti təsdiqləyib. O bildirib ki, pandemiyanın üçüncü dalğasını səngitmək üçün Afrika ölkələrinin koronavirus əleyhinə peyvənd partiyalarına təcili ehtiyacı var. Qeyd edilib ki, Afrikada indiyədək cəmi 12 milyon insan koronavirusa qarşı tam peyvənd olunub. Bu isə qitə əhalisinin bir faizindən də aşağı göstəricidir. ÜST vaksinasiya kampaniyasının tədricən vüsət aldığını da açıqlayıb. Ötən beş gün ərzində qitədə beş milyondan artıq peyvənd dozası tətbiq olunub. Öncəki üç həftə ərzində isə həftəlik göstərici cəmi 3,5 milyon doza olub. Beynəlxalq qurumun məlumatına görə, Konqo Respublikası, Namibiya və Uqandada pandemiya başlayandan bəri ən yüksək yoluxma halları qeydə alınır. Cənubi Afrikada havaların soyuması və koronavirusun daha yoluxucu variantlarının geniş yayılması yoluxmaların artmasına əsas səbəb kimi göstərilir. Afrikada indiyədək koronavirusun Delta variantının 14 ölkədə, Alfa və Beta variantlarının isə 25 ölkədə yayıldığı təsdiqlənib. Geri dön |