Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kollektiv bəyanatla razılaşan Müsavat imzasını niyə qoymadı?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Kollektiv bəyanatla razılaşan Müsavat imzasını niyə qoymadı?

Kollektiv bəyanatla razılaşan Müsavat imzasını niyə qoymadı?


Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat yayıblar.

48 siyasi partiyanın imzaladağı bəyanatda deyilir ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib: “Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər ortaq dəyərlərə, sıx bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə daim bir-birinin yanında olub. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal altındakı torpaqların düşməndən azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımızın hər bir nümayəndəsi və siyasi partiya üzvləri tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri dünya dövlətləri üçün ən gözəl nümunədir. Biz – Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab edir və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduğumuzu bəyan edirik”.

Fərəc Quliyev: “Kolxozçu təfəkkürünü Müsavat Partiyası 2013-cü ildə ortaya qoyub”

Bəyanata imza atan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə qəzetimizə açıqlamasında bildirdi ki, Musavat funksionerinin iradları ilə qətiyyən razılaşmır: “Kolxozçu təfəkkürünü Musavat Partiyası 2013-cü ildə ortaya qoyub. Həmin vaxt Moskvadakı Cərrahiyyə İnstitutunda Rusiya Dumasının vitse-prezidenti Volodinin rəhbərliyi ilə yaranan Milli Şuranın ilhamvericisi qismində çıxış edirdi. Lenin də Volodin idi, bu da dövrün yeni Volodinidir. Birinci də kolxoz qururdu, bunlar da burda kolxoz qururdular. Həmin kolxozda Musavat da vardı. Kolxozun da başına Rüstəm İbrahimbəyovu gətirmək istəyirdilər. Rusiya vətəndaşını prezident etmək istəyirdilər. Sonradan Rauf Arifoğlu etiraf etdi ki, müvəqqəti hakimiyyət qurandan sonra Abbas Abbasovu iş başına gətirməyi planlayırmışlar. Həmin kolxozun maliyyə məsələsini isə Milyarderlər İttifaqı adlı qurum həll edirdi. Mən belə qurumları milli demokratik düşərgəyə aid etmirəm. Hesab edirəm ki, Şuşa bəyannaməsini imzası ilə dəstəkləyən partiyalar daha doğru davranır. Xaricin əlində oyuncaq olan Musavat və AXCP adından istifadə edən “Yurd” təşkilatı çoxdan kolxoz quruluşu ilə idarə edilən təşkilatlardı”.

Məhəmmədəli QƏRİBLİ/bakixeber.com

Geri dön