Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “TİKA-nın şəhid övladlarına olan qayğısı bütün cəmiyyətdə məmnunluqla qarşılanmaqdadır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “TİKA-nın şəhid övladlarına olan qayğısı bütün cəmiyyətdə məmnunluqla qarşılanmaqdadır”

“TİKA-nın şəhid övladlarına olan qayğısı bütün cəmiyyətdə məmnunluqla qarşılanmaqdadır”


Fərəc Quliyev: “Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan qardaşlığı haqqında dediklərimiz təsadüfü deyil”

Xəbər verdiyimiz kimi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 30 şəhid və qazi övladının iştirakı ilə 2 həftəlik yay düşərgəsi təşkil edilib. Yay düşərgəsi iştirakçıları 16 iyun 2021-ci il tarixində Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyində Səfir Cahit Bağcı və TİKA Koordinatoru Teoman Tiryakinin iştirakıyla keçirilən tədbir ilə yola salınıb.

Azərbaycanın dilbər guşələrindən biri olan Oğuz rayonunda keçiriləcək Yay Düşərgəsi müddətində iştirakçılar üçün fərqli mövzularda təlimlər, seminarlar, əyləncə proqramları təşkil olunacaq, Şəki, Zaqatala, İsmayıllı, Qəbələdəki tarixi turistik məkanlara ziyarətlər ediləcək.

Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev TİKA-nın bu addımını yüksək qiymətləndirib:

“TİKA tərəfindən belə bir addımın atılması çox böyük diqqət və qayğı nümunəsidir. Bu, həm də bir motivasiyadır. Bu kimi faktlar bir daha göstərir ki, bizim Türkiyə ilə Azərbaycanın qardaşlığı haqqında dediklərimiz heç də təsadüfü deyil. TİKA-nın bizim şəhidlərimizin övladları ilə bağlı atdığı bu addım göstərir ki, Azərbaycan və Türkiyə bir-birlərinin şəhidləri arasında fərq qoymur. Türkiyədə, Suriyada həlak olan türk əsgərləri həm də bizim şəhidlərimiz sayıldığı kimi, Azərbaycan ərazisində həlak olan əsgərlərimiz də həm də Türkiyənin şəhidləri sayılır.

TİKA-nın, o cümlədən digər türk şirkətlərinin bizim şəhidlərimizin övladlarına olan diqqəti Azərbnaycan tərəfindən məmnunluqla qarşılanır. Bu, sadə bir məsələ deyil. Bu, iki dövlətin bir-birinə olan münasibətidir.

Artıq Azərbaycan və Türkiyənin münasibətlərində “Bir millət iki dövlət” yanaşmasından daha çox “Bir millət bir dövlət” kimi davranışlar var. Şuşa Bəyannaməsi də özündə bu yanaşmanı əhatə edir. Hərbi, siyasi, diplomatik, iqtisadi məsələlərdə olduğu kimi, sosial-humanitar məsələlərdə də, şəhidlərə və onların övladlarına münasibətdə də eyni addımlar atılmaqdadır. Mən bir daha TİKA-ya təşəkkürümü bildirir, uğurlar arzulayıram”.

Seymur ƏLİYEV/moderator.az





Geri dön