Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > UNEC-də vebinar: İnkişaf etməkdə olan ölkələrin dünya ticarətində dəyişən mövqeləri
UNEC-də vebinar: İnkişaf etməkdə olan ölkələrin dünya ticarətində dəyişən mövqeləri |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İnkişaf etməkdə olan ölkələrin dünya ticarətində dəyişən mövqeləri: yeni bazarlar və kəskin rəqabət” mövzusunda vebinar keçirilib.
UNEC-dən bildirilib ki, vebinarın moderatoru, Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin rəhbəri Sənnur Əliyev “COVID-19 pandemiyasından sonra dünya ticarəti” mövzusunda təqdimatla çıxış edib. O, əvvəlki böhranlarla müqayisədə pandemiyanın qlobal ticarətə təsirindən danışıb, bu sahəni daha da canlandırdığını bildirib. Mərkəz rəhbəri vurğulayıb ki, 2021-ci ildə əmtəə məhsullarının ixracatı pandemiya öncəsi rəqəmləri keçməsinə baxmayaraq, xidmətlər sektoru hələ də istənilən nəticəni ortaya qoya bilməyib. İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ümumdünya ticarət təşkilatı şöbəsinin müdir müavini Gülçin Ələsgərova öz təqdimatında son dövrlərdə beynəlxalq ticarətdə yer alan əsas trendlər barədə məlumat verib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Beynəlxalq Əlaqələr Departamentinin direktoru Firuzə Hüseynova məruzə ilə çıxış edərək fondun fəaliyyətindən danışıb, əsas fəaliyyət istiqamətinin qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması olduğunu qeyd edib. Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə, UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Cəbrayıl Vəliyev Ümumdünya Ticarət Təşkilatının təcrübəsindən bəhs ediblər. Daha sonra UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova gələcəkdə bu əməkdaşlığın davamlılığı barədə fikirlərini bildirib. Sonda suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib. UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə keçirilən vebinar şöbənin feysbuk səhifəsi üzərindən canlı yayımlanıb. Geri dön |