Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub

Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub


Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi qərargahında görkəmli qazax şairi Mukağali Makatayevin anadan olmasının 90-cı ildönümü münasibətilə mərasim keçirilib.

Böyük sənətkarın TÜRKSOY tərəfindən hazırlanan “Son durnalar gedərkən” kitabının təqdimatının da keçirildiyi mərasimdə rəsmi şəxslər, türk dünyasının tanınmış simaları, elm və mədəniyyət adamları iştirak ediblər.

TÜRKSOY baş katibi Düsen Kaseinov, Qazaxıstanın mədəniyyət və idman nazirinin müşaviri Erlan Jurınbayev, bu ölkənin Türkiyədəki səfiri Abzal Saparbekuly və başqaları Mukağali Makatayevin zəngin mənalı həyat və yaradıcılığından bəhs ediblər.

Yeddi dildə nəşr olunan “Son durnalar gedərkən” kitabı iştirakçılara hədiyyə olunub. Baş katib Düsen Kaseinovun “Ön söz” yazdığı kitabın Azərbaycan dili bölməsi tanınmış şair Əkbər Qoşalı tərəfindən tərcümə olunub və nəşrə hazırlanıb.

Geri dön