Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silsilə əməliyyatlar həyata keçiriblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silsilə əməliyyatlar həyata keçiriblər

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silsilə əməliyyatlar həyata keçiriblər


Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslərin aşkarlanaraq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyatlar həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Novxanı bağlar massivində həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Qurban Sultanov saxlanılıb. Onun həmin ünvanda yaşadığı evin həyətinə baxış zamanı yaş vəziyyətdə çəkisi 112 kiloqram olan 2472 çətənə kolu aşkarlanıb. Həmin şəxsin evindən ümumi çəkisi 34 kiloqram 500 qram qurudulmuş marixuana və 2 elektron tərəzi aşkar olunub.

Baş İdarənin əməkdaşlarının Sabunçu rayonunun Maştağa qəsəbəsində həyata keçirdikləri digər bir əməliyyat zamanı paytaxt sakini Rahim Ağayevin yaşadığı evin həyətinə baxış keçirilib. Əməliyyat zamanı oradan aqrotexniki qaydada qulluq edilmiş 255 çətənə bitkisi aşkarlanıb.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən sonuncu tədbir zamanı isə qanunsuz odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Bərdə şəhər sakini əvvəllər dəfələrlə məhkum olunmuş Azər Süleymanov saxlanılaraq istintaqa təqdim edilib. Onun paytaxt ərazisində yaşadığı evə baxış zamanı “Makarov” markalı tapança, həmin odlu silaha məxsus 35 patron aşkar edilib.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb və təqsirləndirilən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Hazırda həmin hüquqazidd əməllərin tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Geri dön