Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb

Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb


Azad olunmuş ərazilərimizdən başlayan, əsasən yağış və qar suları ilə, habelə yeraltı sulardan qidalanan 13 iri çay birbaşa və ya sonradan Kür və Araz çaylarına tökülür. Bu sırada tam öz ərazimizdə formalaşan Tərtərçay və onun qolları Tutqunçay, Levçay, Torağayçay, eyni zamanda, Həkəriçay, Qarqarçay, Quruçay, Xaçınçay və Köndələnçayı xüsusi qeyd etmək olar. Su ehtiyatlarının müəyyən hissəsi ölkə xaricində formalaşan Bərgüşadçay, Oxçuçay, Bəsitçay və Zabuxçayın da adını qeyd etmək lazımdır. Ötən il Araz çayının ölkə ərazisindən keçən hissəsinə də tam nəzarət bərpa olunub.

Bu sözləri Baş nazirin müavini, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Şahin Mustafayev söyləyib.

Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar keçirilən iclasda çıxış edən Baş nazirin müavini bildirib ki, su ehtiyatlarının formalaşdırılması məqsədilə çayların üzərində 9 su anbarı mövcuddur. Araz çayının üzərində Xudafərin və Qız qalası su anbarları, Tərtərçayın üzərində Sərsəng və Suqovuşan su anbarları, Xaçınçayın üzərində Xaçınçay su anbarı, Qarqarçayın üzərində Ağdamkənd su anbarı və Köndələnçayın üzərində “Köndələnçay-1”, “Köndələnçay-2” və Aşağı Köndələnçay su anbarları var. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə Böyük Alagöl, Kiçik Alagöl kimi təbii formalaşmış sututarlar mövcuddur.

“Təxmini hesablamalara görə ərazilərin və su qovşaqlarının işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Cari ilin su təsərrüfatı balansı layihəsinə işğaldan azad olunmuş ərazilər üzrə su və su təsərrüfatı obyektləri də daxil edilib. Komissiyanın fəaliyyəti çərçivəsində müxtəlif tarixlərdə işğaldan azad olunmuş ərazilərə səfərlər edilərək kritik əhəmiyyət kəsb edən su və su təsərrüfatı obyektlərinə baxış keçirilib, çay və göl hövzələrinə ekspedisiyalar təşkil olunub, dron çəkilişləri həyata keçirilib, vəziyyət yerində qiymətləndirilib”.

Geri dön