Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Nümayəndə heyəti, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin gün nazir Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyəti arasında görüş keçirilib. Vurğulanıb ki, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri yüksək səviyyədədir.

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi sahədə uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edən Azərbaycanın iqtisadiyyat naziri qarşılıqlı ticarətin əməkdaşlığın əsas istiqamətlərindən olduğunu, 2021-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsinin 41 faiz, ixracın isə 40 faiz artığını diqqətə çatdırıb. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi və Dubayda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ölkəmiz Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən investisiya forumlarının fəal iştirakçılarındandır.

Görüşdə Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının iqtisadi tərəfdaşlığın inkişafında səmərəli rolu qeyd edilib və qısa müddətdə Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəlinib.

M.Cabbarov rəqəmsal iqtisadiyyat, nəqliyyat-tranzit, alternativ enerji, kiçik və orta biznes, aqrar, turizm və sair sahələr üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, sənaye zonalarına investisiya yatırmağa dəvət edib. Bildirilib ki, hər iki ölkənin Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ölkəmizlə bir sıra sahələrdə uğurlu tərəfdaşlığı vurğulayıb, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətlərini müzakirə ediblər.

Geri dön