Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm > Qarsda əsassız erməni iddialarına qarşı etiraz mitinqi keçiriləcək
Qarsda əsassız erməni iddialarına qarşı etiraz mitinqi keçiriləcək |
Əsassız erməni iddiaları ilə Mübarizə Dərnəyi Fransada uydurma erməni soyqırımının dərsliklərə salınmasına və Avstraliyanın Yeni Uels ştatının məclisi tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasına etiraz olaraq dekabrın 22-də Qarsda mitinq keçirəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Dərnəkdən bildirilib.
Bu aksiyanın vaxtilə türk diplomatın Fransada qətlə yetirildiyi tarixdə Qars şəhərində keçirilməsi Türkiyənin Ermənistan ilə sərhəd bölgələrində yaşayan azərbaycanlıların ruh yüksəkliyinin qaldırılması məqsədi daşıyır. Dərnək keçirilməsini planlaşdırdığı mitinq vasitəsilə Qarsda, Ərzurumda yaşayan yerli azərbaycanlı əhaliyə dəstək olmaq niyyətindədir. Qeyd edək ki, təşkilat "Beynəlxalq Diaspor Mərkəzi"nin fəalları ilə birlikdə bir müddət öncə Qarsda bir neçə hotelin qarşısında qaldırılmış erməni bayrağının endirilməsinə nail olub. "Asılsız ermeni iddiaları ilə Mübarizə Dernegi" ("Əsassız erməni iddiaları ilə Mübarizə Dərnəyi") 2002-ci ildə İğdır şəhərində yaradılıb və məqsədi uydurma "erməni soyqırımı"na, həmçinin ermənilərin Türkiyəyə qarşı yönəlmiş digər əsassız iddialarına qarşı mübarizə aparmaqdan ibarətdir. Dərnəyin Türkiyənin 7 şəhərində və 4 bölgəsində təmsilçilikləri mövcuddur. Yeni yaradılan Anadolu Qadınlar Dərnəyi (Kadın-Der) və Dünya Gənclik Klubu (Gene-Der) isə Əsassız erməni iddiaları ilə Mübarizə Dərnəyinin qollarını təşkil edir. Qurum gələcəkdə "Ata-Der" və "Hak-Der" adlı qurumlar yaratmaqla tabeliyində olan təşkilatların sayını beşə çatdıraraq, federasiya şəkilində fəaliyyət göstərməyi planlaşdırır. Sadalananlardan "Hak-Der" təşkilatının (Avrasiya İnsan Haqlarının Qorunması Dərnəyi) məqsədi İrəvan xanlığından, daha sonra Ermənistandan sürgün olunmuş, 1915-ci ildə qətlə yetirilmiş insanların hüquqlarının qorunması üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilməsi olacaqdır. Təşkilat Almaniya, İran və Naxçıvan Muxtar Respublikasında təmsilçiliklər təşkil edib. Geri dön |