Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür
Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür |
Güney Azərbaycanlı tanınmış milli-mədəni fəal, şair, yazıçı, incəsənət xadimi və musiqi müəllimi Həsən Dəmirçi 1941-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində anadan olub.
Həsən Azərbaycan adı ilə tanınan mərhum şair Güney Azərbaycan türklərinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Milli fəaliyyətinə görə, dəfələrlə həbs edilən Həsən Dəmirçi müxtəlif növ cəzalara məruz qalıb. 2013-cü ilin noyabrın 4-də Təbrizdəki evində həbs edilib. İnqilab Məhkəməsinin hakimi Bağırpurun iyul ayında çıxardığı hökmə görə, Həsən Hərgülü və Həsən Azərbaycan adları ilə də tanınan musiqiçi İrana müxalif olan etnik qrupların xeyrinə İran İslam Respublikası nizamına qarşı təbliğat aparmaqda ittiham olunub. "Cənab Dəmirçi icazə almadan musiqi sinifləri təşkil etmək və gizli musiqi tədris etmək, Türkiyədə və ölkə daxilində BMT-dən İran Azərbaycanında referendum keçirilməsi tələbi ilə təşkil edilən toplantılara qatılmaq, səlahiyyətli orqanlardan icazə almadan əhalidən ianə toplamaq və həbsdən azad olmuş separatçı fəallarla toplu şəkildə görüşmək kimi fəaliyyətlərlə bağlı olaraq altı ay həbsə məhkum edilir"- məhkəmə sənədində belə yazılmışdı. Sənəddə qeyd edilən "əhalidən ianə toplamaq" Dəmirçinin 2012-ci ildə Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində baş verən zəlzələ zamanı zərərçəkənlərə yardım etmək üçün apardığı fəaliyyətlə bağlıdır. 2015-ci ilin yanvar ayında Bakıya səfər etdikdən sonra İran dövləti tərəfindən xaricə çıxışına qadağa qoyulmuşdu. Çoxsaylı müraciətlərinə baxmayaraq heç bir rəsmi cavab verilməmişdi. "İranın Kəşfiyyat Nazirliyinin Mərkəzi Ofisi tərəfindən Həsən ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub və artıq Həsən bəyin durumu ilə birbaşa Tehran maraqlanır"- ETTELLAT-ın Təbriz şöbəsi əməkdaşının verdiyi qeyri-rəsmi məlumatda belə deyilirdi. Güney Azərbaycan milli-mədəni hərəkatında göstərdiyi fədakarlığa görə Güney Azərbaycanda Həsən ağa Azərbaycan və Həsən Hərgülü ləqəbi ilə anılır. "İcazəsiz musiqi dərsləri keçir" bəhanəsi ilə özünün təsis etdiyi və dərs dediyi musiqi mərkəzi qapadılmışdı. Həsən Dəmirçi Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub. Azərbaycanlı fəal, mərhum professor Məhəmməd Tağı Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyinin qurucularından biri olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib. Azərbaycan Mədəniyət Ocağı Dərnəyi musiqi sahəsində böyük uğurlara imza atıb. Bu dərnəyin sayəsində Əli Səlimi kimi böyük ustadlar musiqi sahəsində addımlamağa imkan tapıblar. Dərnəyin kurslarında tar, kamança, qarmon, qara zurna, qaval və s. kimi Azərbaycan musiqi alətləri öyrədilmişdir. Dərnəkdə həmçinin türk dilində muğam oxumaq və Azərbaycan rəqsi kusrları təşkil olunmuşdur. Həsən Dəmirçi muğam musiqisi haqda Muğam: öyrəncilər üçün və başqa bir neçə cild kitabın müəllifidir. 2018-ci ilin 24 iyununda Təbriz şəhərində yerləşən xəstəxanada vəfat edib. Geri dön |