Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycanın Paşinyanla həll edilməli iki əsas məsələsi qaldı...
Azərbaycanın Paşinyanla həll edilməli iki əsas məsələsi qaldı... |
Fərəc Quliyev: “Bundan sonra biz Ermənistandan öhdəliklərə əməl etməsini daha təkidlə tələb edəcəyik”
Ermənistanda keçirilən seçkilərin son nəticəsi olaraq Nikol Paşinyan təkbaşına hakimiyyət formalaşdırmaq kimi şans qazandı. Azərbaycan üçün də bu seçkilərin nəticəsi maraq doğuran idi, çünki rəsmi Bakı əvvəlcədən bəyan etmişdi ki, revanşistlərlə, radikal qüvvələrlə əməkdaşlıq edilməyəcək. Görünən odur ki, yeni formalaşacaq hakimiyyət birinci 10 noyabr 2020-ci il Bəyannaməsini imzalamış şəxsin, siyasətçinin rəhbərlik etdiyi partiyanın hökuməti olduğuna görə, bu istiqamətdə rasional addımlar atmaq imkanına sahibdir. Ermənistanla bağlı bir çox məsələlər həllini tapıb. Paşinyandan iki prinsipial məsələ ilə bağlı gözlənti var: sərhədlərin dəqiq müəyyənləşməsi və sülh sazişini imzalamaq. Hesab edilir ki, 10 noyabr sazişinə imza atan Paşinyanın hakimiyyətdə qalması sərhədlərin delimitasiyası və demarkasiyasına, Zəngəzur dəhlizinin açılmasına və digər məsələlərə təkan verəcək. Ermənistan cəmiyyəti bu gün məğlubiyyətlə barışıb. Yəni baş nazir Paşinyan kapitulyasiyaya imza atmış və ordusu darmadağın edilmiş, 44 günlük müharibədə məğlub olmuş bir ölkənin baş naziridir. Belə bir baş nazirə Ermənistan əhalisinin 50%-dən çoxunun səs verməsi bir daha onu nümayiş etdirdi ki, Ermənistan cəmiyyəti müharibə istəmir. Qısa bir zamanda Paşinyandan böyük bir sülh sazişinə imza atacağını və sərhədlərin derimitasiya ediləcəyi ilə bağlı addımları gözləmək olarmı? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, seçkilər həm də Ermənistan siyasi mühitinin bir testi oldu: “Paşinyanın özü və Ermənistana müəyyən münasibət bəsləyən ölkələr üçün bir yoxlama rolunu oynadı. Baxırdılar ki, Ermənistan müharibə istəyirmi? Ortadakı nəticədən göründü ki, Ermənistan cəmiyyəti, Paşinyandan daha çox, anti-müharibəyə səs verdi. Ermənistan cəmiyyəti revanş istəsəydi bu seçimi etməzdi. Bu əhvalda olan cəmiyyəti başqa cür idarə etmək mümkün deyil. Xarici siyasət daxili siyasətin ardıdır. Bundan sonra Ermənistan cəmiyyətində stabillik istəyi, absurd iddialardan əl çəkmək tələbi dominantlıq edəcək. Paşinyan üçün də ölkəni idarə etmək asanlaşcaq. Bu amil ona Rusiyadan tədricən qırılmağa, Qərblə münasibətləri normallaşdırmağa imkan verəcək. Lazımsız hərbi xərcləri daxili resursların inkişafına yönəldəcəklər. Ermənistan cəmiyyəti Azərbaycandan aldığı ciddi zərbədən sonra başa düşdü ki, yersiz istəklərlə nəyəsə nail olmaq mümkün deyil. Bundan sonra biz Ermənistandan öhdəliklərə əməl etməsini daha təkidlə tələb edəcəyik. İndiyə kimi seçkinin nəticələrini gözləməli olduq. Demarkasiya və delimitasiya ilə bağlı məsələ həllini tapacaq. Dəhliz də işə düşəndən sonra qalır sülh sazişinə imza atmaq. Bunu da Paşinyan etməyə məhkumdur”. Məhəmmədəli QƏRİBLİ/bakixəbər.com Geri dön |