Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kross qaçışı üzrə Ordubad rayon açıq turnirində 50 idmançı qələbə uğrunda mübarizə aparıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Kross qaçışı üzrə Ordubad rayon açıq turnirində 50 idmançı qələbə uğrunda mübarizə aparıb

Kross qaçışı üzrə Ordubad rayon açıq turnirində 50 idmançı qələbə uğrunda mübarizə aparıb


26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan yarışda Ordubadla yanaşı, Naxçıvan şəhəri, Babək, Culfa və Şahbuz rayonlarını təmsil edən komandalar da (ümumtəhsil məktəblərinin atletika klubları) iştirak edib. Hər komandadan 5 qız, 5 oğlan atlet olmaqla, ümumilikdə, 50 idmançı qələbə uğrunda mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyası tərəfindən birgə təşkil olunan yarış atletika idman növlərində kütləviliyin təmin olunması və istedadlı idmançıların müəyyənləşdirilərək yığma komandaya cəlb edilməsi məqsədilə keçirilib.

Ordubad şəhər–Kotam kənd magistral yolunda 3000 metrlik məsafədə keçirilən turnirin nəticələrinə əsasən, oğlanlar arasında Murad Cəfərov (Ordubad rayonu) finişə hamıdan qabaq çatıb. O, məsafəni 22 dəqiqə 36 saniyə ərzində qət edib. Əliabbas Səfərovla (Naxçıvan şəhəri) Səid Yəhyayev (Ordubad rayonu) müvafiq olaraq ikinci-üçüncü sıralarda qərarlaşıblar. Qızlar arasında isə Naxçıvan şəhər təmsilçisi Sevinc Əliyeva 27:01 dəqiqəlik göstərici ilə birinciliyə nail olub. Nilufər Quliyeva (Naxçıvan şəhəri) ilə Rəna Cəfərova (Ordubad rayonu) turnirin ikinci-üçüncü pillələrində qərarlaşıblar.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov yarışın əhəmiyyətindən bəhs edib, maraqlı idman mübarizəsinə görə iştirakçılara təşəkkürlərini bildiriblər.

Geri dön