Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Avro-2020”: Bakıda keçiriləcək dörddəbir final matçının ikinci iştirakçısı müəyyənləşib
“Avro-2020”: Bakıda keçiriləcək dörddəbir final matçının ikinci iştirakçısı müəyyənləşib |
İyunun 27-da futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinin daha bir oyunu keçirilib.
Budapeştdəki "Puşkaş Arena"da keçirilən görüşdə Niderland millisi Çexiya seçməsi ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə hesab açılmayıb. Fasilədən sonra çexiyalılar ardıcıl iki qol vuraraq dörddəbir finala çıxıb. Çexiya millisinin heyətində Tomas Holes və Patrik Şık fərqləniblər. Qeyd edək ki, matçın 55-ci dəqiqəsində Niderland millisinin müdafiəçisi Matteus De Liqt qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub. Çexiya millisi növbəti mərhələdə Danimarka seçməsi ilə qarşılaşacaq. Həmin görüş iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qeyd edək ki, bu gün, həmçinin Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu almaniyalı hakim Feliks Brix idarə edəcək. Bu görüşün qalibi dörddəbir finalda İtaliya komandası ilə qarşılaşacaq. Geri dön |