Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Türkiyədə məktəblilər arasında “Ulu Öndərin Qarabağ Zəfərinə gedən yolda gördüyü işlər” mövzusunda müsabiqə keçirilib
Türkiyədə məktəblilər arasında “Ulu Öndərin Qarabağ Zəfərinə gedən yolda gördüyü işlər” mövzusunda müsabiqə keçirilib |
Türkiyədə fəaliyyət göstərən Heydər Əliyev adına məktəblərin şagirdləri arasında “Ulu Öndərin Qarabağ Zəfərinə gedən yolda gördüyü işlər” mövzusunda inşa, şeir və rəsm müsabiqələri keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqənin yekunlarına dair qardaş ölkənin paytaxtı Ankarada və İzmirdə tədbirlər təşkil edilib.
Bu barədə müsahibə verən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova müsabiqədə hər istiqamət üzrə hər məktəbdən üç nəfər olmaqla ümumilikdə 18 şagirdin dərəcələrə layiq görüldüyünü bildirib. Qeyd edilib ki, tədbirdə birinci yerə layiq görülən şeir və inşa oxunub, rəsm əsəri nümayiş etdirilib. İnşa müsabiqəsində qalib olan yazıda Ümummilli Liderin tarixi Azərbaycan torpağı olan Qarabağın işğaldan azad edilməsi yolunda əvəzsiz xidmətləri, bu gün yaşasaydı əldə edilən bu şanlı qələbəni nə cür fərəh və qürur hissi ilə qarşılayacağı və Azərbaycan xalqının Ulu Öndərin Vətənin bütövlüyü uğrunda gördüyü işləri əbədi olaraq qəlblərinə həkk etdirdiyinə dair fikirlər iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Şagirdlərin hər istiqamət üzrə müsabiqədə çox həvəslə və aktiv iştirak etdiklərini deyən Nəcibə Nəsibova onların müəllimlərinə xüsusi təşəkkürünü bildirib. Mərasimdə rəhbər şəxslərə səfirliyin təhsil müşavirliyi tərəfindən Qarabağ Zəfəri ilə bağlı xüsusi hazırlanmış plaketlər təqdim olunub. Plaketlərin üzərində iki qardaş ölkənin bayraqları və Şanlı Qələbənin rəmzi olan Xar bülbül əks etdirilib. Tədbirdə səfirliyin nümayəndələri, İzmirin Milli Təhsil İdarəsi və təhsil şöbələrinin müdirləri və əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər. Geri dön |