Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Günay” teatr-studiyası uğurları ilə tamaşaçıları sevindirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > “Günay” teatr-studiyası uğurları ilə tamaşaçıları sevindirir

“Günay” teatr-studiyası uğurları ilə tamaşaçıları sevindirir


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” teatr-studiyası dünyanın karantində olmasına baxmayaraq, bir çox uğurlu yaradıcılıq işləri görüb və əlamətdar nəticələr əldə edib.

Studiya instaqram və faysbuk hesabları üzərindən davamlı olaraq konsertlər təşkil edərək, aktiv şəkildə onlayn fəaliyyət göstərir. Belə tədbirlərdən biri də Azərbaycanın qələbəsinə və torpaqlarımızın azad edilməsinə həsr olunmuş “Zəfər!” onlayn konserti olub. Daim müxtəlif beynəlxalq onlayn müsabiqələrdə iştirak edərək hər yerdə yüksək mükafatlar və titullar əldə edib. Bu dövr ərzində 18 müsabiqədən yüzə yaxın laureat diplomu alıb. Latviya, Livan, İordaniya, İrlandiyada və Rusiyanın müxtəlif şəhərlərində 9 May, kosmonavtika, Aqnii Barto, Puşkin, Nekrasov, Uşaqlar Günü münasibətilə təşkil edilən yarışlarda iştirak edib. Bütün uşaqlar “Bədii söz” nominasiyasında iştirak edib və hər yerdən çox yüksək qiymətləndirilərək diplomlarla təltif olunublar. Rusiya səfirliyinin keçirdiyi demək olar ki, bütün konfranslarda, tədbirlərdə, yarışmalarda daima iştirak edərək mükafatlarla təltif olunub. Belə ki, Niyazi ev muzeyində 1 İyun - Uşaqlar Gününə həsr olunmuş tədbirdə, daha sonra 22 iyun tarixində isə Səməd Vurğunun ev-muzeyində "Nizami Gəncəvi" ədəbi-musiqi kompozisiyası ilə çıxış edib. Studiyanın bədii rəhbəri Larisa Tarusovanın quruluşunda yeni “Nizami” adlı tamaşa hazırlanıb.

“Günay” teatr-studiyası yaxın günlərdə böyük yazıçı və filosof Nizami Gəncəviyə həsr olunmuş bir sıra konsert-tamaşalar nümayiş etdirməyi planlaşdırılır.

Geri dön