Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səhiyyə Nazirliyi iyun ərzində sosial şəbəkələrdən 613 vətəndaş müraciətini cavablandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Səhiyyə Nazirliyi iyun ərzində sosial şəbəkələrdən 613 vətəndaş müraciətini cavablandırıb

Səhiyyə Nazirliyi iyun ərzində sosial şəbəkələrdən 613 vətəndaş müraciətini cavablandırıb


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələrdən cari ilin iyun ayı ərzində 613 vətəndaş müraciəti cavablandırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlərdən 381-i birbaşa cavablandırıldığı halda, 160-ı yönləndirilib.

Məlumata əsasən, nazirliyə sosial şəbəkələrdən daxil olan müraciətlərdən 72-si "əsassız müraciət" kimi dəyərləndirilib.

Qeyd edək ki, vətəndaşlar sualları ilə bağlı Səhiyyə Nazirliyinin "Qaynar Xətt" xidməti (9103) ilə də əlaqə saxlaya bilərlər.

Geri dön