Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq təşkilatlara Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsi ilə bağlı müraciət ünvanlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Beynəlxalq təşkilatlara Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsi ilə bağlı müraciət ünvanlanıb

Beynəlxalq təşkilatlara Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsi ilə bağlı müraciət ünvanlanıb


"Böyük Qayıdış” Gənclər Təşkilatı beynəlxalq təşkilatlara ölkə ərazisindən keçən transsərhəd çaylardan biri olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı müraciət ünvanlayıb.

Müraciətdə Oxçuçayın Ermənistan ərazisində daim ciddi çirklənməyə məruz qaldığı qeyd edilir: “Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən ağır metalların, sənaye tullantılarının təmizlənmədən çaya axıdılması çay faunasını, ekosistemi məhv edir və insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alaraq, çirklənməsi birbaşa Araz çayının su ehtiyatlarının keyfiyyətinə təsir göstərməsi deməkdir. Bu da Azərbaycanda əsas su ehtiyatlarından ev və kənd təsərrüfatı ehtiyacları üçün istifadəni çətinləşdirir və çayın suyunun keyfiyyətindəki həddindən artıq dəyişikliklər ciddi mənfi təsirlərə səbəb ola bilər”.

Həmçinin müraciətdə vurğulanıb ki, Azərbaycan və beynəlxalq birlik Ermənistanı bu zərərli təcrübəni dayandırmağa çağırsa da, buna heç bir reaksiya verilməyib. Ermənistan Transsərhəd Su Axınlarının və Beynəlxalq Göllərin Qorunması və İstifadəsinə dair Helsinki Konvensiyasını nə imzalayıb, nə də ona könüllü şəkildə əməl edib.

Müraciətin sonunda beynəlxalq təşkilatlara Ermənistan hökumətini məsuliyyətli davranmağa və təbii yaşayış mühitinə, əhalinin, xüsusən də gənc nəslin sağlamlığına və təhlükəsizliyinə zərər verməyi dayandırmağa sövq etmək üçün çağırış edilib.

İngilis dilində yazılmış müraciət təşkilat tərəfindən ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndərilib.

Geri dön