Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dublində Dağlıq Qarabağ fırtınası
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Dublində Dağlıq Qarabağ fırtınası

Dublində Dağlıq Qarabağ fırtınası


«Təəssüf ki, həmsədrlərin regiona onlarla səfəri nəticə verməyib, çünki Azərbaycan tərəfi bir-birinin ardınca həmsədrlərin bütün təkliflərini rədd edib. Biz Azərbaycanın ATƏT-in mandatı çərçivəsində gördüyü işləri pozmaq niyyətində olduğunu görürük». Bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT Xarici İşlər nazirləri Şurasının 19-cu iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan danışıqlar prosesində maksimalist mövqe tutub və Minsk Qrupunun işinə hər cür maneə yaradır: «Azərbaycan tərəfi hər bir vəchlə vasitəçiləri dəyişməyə çalışır və onları səylərinə qara yaxır. Azərbaycan Ermənistana qarşı nifrət siyasəti yürüdür və daim sivil dünyanın prinsiplərinə zidd addımlar atır».
Ramil Səfərov məsələsinə toxunan Nalbandyan bildirib ki, «bu şəxs Azərbaycanda milli qürur simvoluna və təqlid nümunəsinə çevrilib, bu isə regional stabilliyi təhlükə altında qoyur».
O, «Azərbaycanın Dağlıq Qarabağa qarşı güc tətbiq etmək kimi daimi təhdidlərdən» narahatlıq ifadə edib. Nalbandyan bildirib ki, Ermənistan münaqişənin sülh yolu ilə nizamlanmasında həmsədrlərin yanındadır: «Biz Kazan sammitində irəliləyiş əldə olunmamasına görə təəssüf edirik».
Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, səfir Qalib İsrafilov Edvard Nalbandyanın çıxışına cavab verib. Bütün ölkələrin çıxışları yekunlaşdıqdan sonra Azərbaycan Ermənistan XİN başçısının çıxışına cavab vermək hüququndan istifadə edib. Qalib İsrafilov təəssüflə bildirib ki, ATƏT növbəti dəfə Ermənistanın Azərbaycana ünvanlanmış ittihamlarına şahid olub: «Təəssüf ki, Edvard Nalbandyan Azərbaycanı ittiham edib, lakin onun çıxışında münaqişənin nizamlanması üçün, Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmış gərgin situasiyanı aradan qaldırmaq üçün Ermənistanın hansı addımlar atdığını görmək mümkün deyil. Fikrimizcə, XİN başçısının bəyanatında yeganə maraqlı element Ermənistanın münaqişənin nizamlanmasına dair həmsədrlərin mövqeyini bölüşməsidir. Əgər bu iddia həqiqətdirsə, onda ATƏT-in Minsk Qrupu həmsədrlərinin daim Ermənistan qarşısında irəli sürdüyü tələb bu ölkənin öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmasıdır. Əgər Ermənistan bu tələbi yerinə yetirsə, o zaman Ermənistan xarici işlər nazirinin Azərbaycana ünvanlanmış digər iddiaları aradan qalxacaq».
Səfir bildirib ki, Ermənistan bu addımı nə qədər tez atsa, qarşılıqlı anlayış və dinc əməkdaşlığa bir o qədər tez nail olmaq olar.
Xatırladaq ki, ATƏT Xarici İşlər nazirləri Şurasının 19-cu iclasınının yekun sənədində ATƏT məkanındakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı çağırışlar da yer alıb.

Geri dön