Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Viran qalmış yurd yeri - Ağdam rayonunun Suma kəndindən görüntülər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Viran qalmış yurd yeri - Ağdam rayonunun Suma kəndindən görüntülər

Viran qalmış yurd yeri - Ağdam rayonunun Suma kəndindən görüntülər


Ermənilərin Azərbaycan ərazilərinin işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrindən biri Ağdam rayonunun Suma kəndidir.

Suma kəndi Ağdam şəhərindən 25 kilometr şimalda - Qarabağ düzündədir. İşğaldan əvvəl Suma kəndində üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıq inkişaf etmişdi. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, uşaq bağçası, heyvandarlıq və quşçuluq fermaları, kənd təsərrüfatı texnikaları parkı var idi. İndi isə burada yalnız bir mənzərənin şahidi olmaq mümkündür - erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri və sosial binalardan əsər-əlamət qalmayıb.

Ağdam rayonunun Suma kəndinin görüntülərini təqdim edirik.

Geri dön