Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, DAVAMın yazıları > Şakir Ulubəyli: "AZADLIQ VƏ YA ÖLÜM" - MİLLƏTÇİLK (130)
Şakir Ulubəyli: "AZADLIQ VƏ YA ÖLÜM" - MİLLƏTÇİLK (130) |
Millətçilk, azad olmaq üçün hər bir toplumu birləşdirən mükəmməl bir sistemdir. Hər bir azad olan xalq birləşmək üçün bu ideyanı bayraq edir.1918- ci il,1992-ci il, milli azadlıq mübarizəsinin özəyində türkçülük dayanırıdı. Milli dövlətimizin ən güclü təməllərindən biri Türkçülük hər zaman millətimizi azadlığa çıxaran ən müqəddəs ideyadır.
Azərbaycan da türklərlə bərabər yaşayan yerli xalqlar və etnik qruplarda bunu yaxşı bilirlər.Müstəqil Azərbaycan dövlətinin yaranmasının və idarə olunmasının, ən ilhamverici ideyası Türkçülük olmasa, biz azadlığa qovuşub müstəqil dövlət qura bilməyəcəyik. Məgər Talış,tat,kürd,ləzgi,azad olmaq istəmirmi? Azərbaycan dövlətinin müstəqilliyini erməni,fars və rus istəmir və birdə onlara agentlik edən satqın vətəndaşlarımız istəmir.Ona görə onlarda xarici ölkələrə xidmət etdikləri üçün cinayət məsuliyətinə alınmalıdır. Bu gün dövlət xalqa ona görə xidmət etmir ki,hakmiyyət milli düşüncəyə mailk deyil və Müstəqil Azərbaycan dövlətinin təməllərindən hər biri ayrı ayrılıqda təqib edilir. Türkçülük,İslamçılıq,demokratiya, hər üçü qadağan edilmişdir. Bütün çalışmalarımıza baxmayaraq biz əsarətdən qurtula bulmirik.Səbəblər çoxdur.Minlərlə suala cavab tapmaq lazımdır. Ən əsası isə azad olmaq üçün hər bir mübarizə üsuluna hazır olmamağımızdır. Nə qədər ki can qorxusu,azadlıq istəyindən güclüldür biz azad ola bilməyəcəyik. İstədiyin arzu, sənin bütün ruhunu və vücudunu yerindən qoparıb, ildirım sürəti ilə səni məqəsədinə doğru apara bilmirsə deməli sənin azad omaq şansın sıfra bərabərdir. Millətlər o vaxt azadlığa qovuşurlar ki,o millətin heç olmasa yarısı bu mübarizəyə qoşulsun.Azadlıq sənin mövcud vəziyətdə heç bir saat da olsa yaşamağın mümkün olmadığı məqamda doğulur. Azadlıq sənin dar ağacına çıxarıb,kəndiri boğazına keçirən anda,bütün gücünü toplayıb,cəlladın üzərinə yeridiyin anda başlayır. Azadlıq yanğısı, sənin bütün vücudunu və ruhunu,səfərbərliyə alıb, son zərbənii vurdğun anda,başlanır mübarizə. Bu gün biz Azərbaycan Türkləri azadlıq uğrunda mübarizə aparırıqmı? Cənubi və Şimali Azərbaycan da milli azadlıq mübarizəsinə qalxmışıqmı? Acınacaqlı da olsa deməliyəm ki,biz heç mübarizəni hansı formada etməyimizi konkret olaraq ortaya qoya bilməmişik. Bu mübarizə əhvalı ilə biz nə azad ola bilərik,nə Bütöv Azərbaycan yarada bilərik. Biz azad olmaq istəyirik,amma onu necə həyat keçimək lazım olduğunu biulmirik.Biz eyni bir millətin yüzlərlə təşkilatı bir yerə toplaşıb,millətimizin gücün ortaya qoya bilmiriksə hansı azadlıqdan danışmaq olar. Gəlin özümüzü aldatmayaq əfəndilər. Millətimizi də aldatmayaq.Boş hay-küy salmağın da mənası yoxdur.Bu daha da ziyanlı ola bilər. Millətin azad olması üçün, hər bir millət üzvü heç nədən qorxmamalıdır.Səni əsarətdə saxlayan,sənin bütün sərvətini mənimsəyib, bu sərəvtdən,səni daima güllə qorxusu altda saxlayan bir ordu yaradıb.Həmin ordu istənilən anda sənə qurşun sıxa bilər. Azadlıq istəyi güllə qorxusndan daha üstün olanda millətlər azadlığa layiq olurlar. Millətlər azadlığa o vaxt qovuşurlar ki,ölüm qorxusu,azadlıq istəyi qarşısından geri çəkilisin. AZADLIQ VƏ YA ÖLÜM. Ləyaqətli və şərəfli insanlar kölə ola bilməz və o kölə millətin nümayəndəsi ola bilməz. Bu gün Azərbaycan Türklərindən başqa bu dünyada ikinci bir əsarətdə olan millət yoxdur.Varsa da,onlar inqilab edir, mübarizə aparırlar. Biz azad olmaq istəyirikmi? Biz Azərbaycan Türkləri onlarla təşkilata bölünüb,əlimizə bir büt alıb bu bütləri tərifləyərək,digər bütləri söyməklə məşğuluq.Eyni millətin nümayəndələri bir-birini taqətdən salmaqla məşğul olanda onlara düşmən lazımdırmı. Azərbaycan Türklərinin siyasi liderlərinin beşi bir yerdə oturmaqdan imtina edirlərsə bu millət heç vaxt azad ola bilməyəcək. Prezident olmaq uğrunda qanlı savaş getdiyi halda Azərbayn Türkləri bundan sonar da yüz illərlə kölə vəziyətində qalacaqlar. Hər iki Azərbaycanı əsarətdə saxlayan,bu xalqın ictimai,siyasi təşkilatlarının sədrləri,liderləri,başqanlarıdır. Nə qədər ki,bu başqanlar,milli azadlıq mübarizəsini iflic edəcəklər, biz müstəqil Azərbaycan dövləti yarada bilmıəyıcıyik. Mənəmlik iddiası,şəxsi mənafe,hakmiyyətə nəyin bahasına olur olsun,özünün gəlməsi kimi,cılız hissilərlə yaşayan təşkilat liderləri,millətin mənafeyini tamamilə unudublar. Özü müxalifət ola –ola, müxalif olan digər qüvvələri,sıradan çıxarmaq üçün,iqtidarla gizli danışıqlara gedib,müəyyən şərtlər daxilində milli azadlıq hərəkatına xəyanət edənlər kənara çəkilməyənə qədər davam edəcək bu millətin faciəsi. Hakimiyyətin bütün imkanlarından istifadə edərək ,hər bir şəraitlə, ,həm qərərgahla,həm qəzetlə təmin olunmuş və bir başa iqtidar tərəfindən idarə olunan bir partiyanın bu hakimiyyəti dəyişəcəyinə ümüd bəzləyənlər,əks təqdirdə on səkkiz ildə gözləməli olacaqlar. Müxalif partiyaların, ictimai təşkilatların,ziyalı təbəqənin,birgə mübarizəsinə iqtidarla birlikdə, ən böyük zərbə vuran bu süni şişirdilmiş liderlər, bir çox dövlət məmurları kimi,xalq qarşısnda məsuliyyət hissini tamamilə itirmişdir. İqtidarı dəyişmək üçün müxaliftət anlayışının fəlsəfəsini dəyişmək, müasir siyasi texnologiyaya cavab verən birlik modellərini tətbiq etmək lazımdır. Xalqın mübarizəyə cəlb edilməsi üçün,bütün spektri əhatə edən siyasi və ictimai birliyin məqsədi konkretləşməlidir. Birliyin məqsədinin hakimiyyətə gəlmək deyil, xalqın etimadını doğrulda bilən güc mərkəzinin yaradılması olmasıdır. Kimsiə hakmiyyətdən kənarlaşdırmaq,kimisə iqtidara gətirmək deyil,bu dəyişikliyi həyata keçirməyə xalq tərəfindən səlahiyyət veriləcək bir birliyn yaradılmasıdır. BİZ BİR GÜNDƏ AZAD YAŞAMADIQ,AMMA QIRX İLDİR ƏSARƏTDİYİK Geri dön |