Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən ay 1639 əcnəbi ölkədən çıxarılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ötən ay 1639 əcnəbi ölkədən çıxarılıb

Ötən ay 1639 əcnəbi ölkədən çıxarılıb


Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən noyabr ayı ərzində 1.931 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. DMX-dən APA-ya verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq olma və yaşama əsasları olduğuna görə saxlanılan əcnəbilərdən 292 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. Qalan 1.520 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 119 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. İnzibati qaydada ölkədən çıxarılmış və ölkə ərazisinə daxil olmalarına məhdudiyyət qoyulmuş əcnəbilərdən Rusiya Federasiyası (28 nəfər) və Türkiyə Respublikası (27 nəfər) vətəndaşları üstünlük təşkil edib.
Ümumiyyətlə, ay ərzində inzibati xəta törətmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdən 1488 nəfəri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1.1 (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşama), 176 nəfəri 339.1.2 (etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama), 27 əcnəbi 339.1.4 (işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozma), 5 əcnəbi 339.1.6 (qanunvericilikdə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırma) maddələri ilə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə ediliblər. 116 əcnəbinin 16 yaşı tamam olmadığından həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmayıb.
Həmçinin işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə xidmətin əməkdaşları tərəfindən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 13 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar olunub. Fərdi icazə alınmadan qanunsuz əmək fəaliyyətinə cəlb edilmiş əcnəbilər əsasən Türkiyə, Çin və Gürcüstan vətəndaşlarıdır.
Noyabr ayı ərzində DMX-nə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 6.276 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Geri dön