Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Oğuz-Şəki avtomobil yolunun asfaltlanması işlərinə başlanılıb
Oğuz-Şəki avtomobil yolunun asfaltlanması işlərinə başlanılıb |
Oğuz-Şəki avtomobil yolunun 31,5 kilometrlik əsas hissəsinin 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması davam etdirilir. Bunun üçün yolboyu genişləndirmə işləri aparılaraq yolun hərəkət hissəsinin eni 9 metrə çatdırılır.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yenidənqurma işləri zamanı yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Hazırda yol yatağı və yol əsasının inşası işləri həyata keçirilir. Yol əsası hazır olan hissələrə isə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Bundan başqa, zəruri yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa edilib. Həmçinin Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni ötürücünün inşası həyata keçirilib. Yeni avtomobil körpüsü 1 aşırımlı olmaqla uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir. Təmir-tikinti işləri ilə yanaşı, yolboyu zəruri yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə görülən işlərdəndir. Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9,1 kilometr uzunluğa malik Şəki dairəvi yolunun da ( Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmiri işləri aparılıb. Şəki dairəvi yolunun 6 kilometrlik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3,1 kilometrlik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır. Yenidənqurma işlərinin sonunda yolboyu zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Geri dön |