Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəallar Təbrizdə aksiya keçirdi: Əlirza Fərşiyə azadlıq tələb olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Milli fəallar Təbrizdə aksiya keçirdi: Əlirza Fərşiyə azadlıq tələb olunub

Milli fəallar Təbrizdə aksiya keçirdi: Əlirza Fərşiyə azadlıq tələb olunub


Ərəb işğalçılarına qaşrı savaşmış Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin doğum gününün qutlayan milli fəallar eyniz amanda İran həbxsanalarında saxlanılan siyasi məhbuslara qarşı ədalətsiz münasibətə etiraz ediblər.

Mədəni fəallar siyasi məhbus Əlirza Fərşiyənin azadlığı tələbi ilə Təbriz küçələrində vərəqələr paylayıb.

Fəallar üzərində “Əlirza Fərşi, İnsan azadlığa məhkumdur”, “Azərbaycan türk millətinin milli qəhrəmanı ata Babəkin doğum günü qutlu olsun” şüarlar yazılmış afişa və vərəqələri Təbrizin əksər bölgələrində divarlara yapışdırıb, əhali arasında paylayıblar.

Bununla yanaşı iyulun 5-də Mərənd şəhərində də Əlirza Fərşiyə dəstək və ona qarşı haqsızlıqlara qarşı aksiya keçirilib. Mərənd şəhərinin milli-mədəni fəalları “Əlirza Fərşinin həyatı təhlükədədir”, “azərbaycanlı siyasi dustaqlar bizim qırmızı xəttimizdir” məzmunlu afişalar yayıb, şəhərin körpüsü üzərində baner asıblar.

Əlirza Fərşi diabet xəstəliyinə tutulub. O, həbsxanada müayinə və müalicə imkanlarından məhrum olduğu üçün durumu ağırlaşıb. Milli fəalın görmə qabiliyyəti zəifləyib.

Həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb. O, normal qidalanma və müalicə imkanlarından məhrum vəziyyətdə saxlanılır.

Çox sayda müraciətlərdən sonra o, iyulun 4-ü, səhər saat 09:30 radələrində Tehran şəhərinin Farabi göz xəstəxanasına aparılıb.
Klinikada müayinə olunan Əlirza Fərşi yenidən saxlanıldığı həbsxanaya geri qaytarılıb.

Həkimlər onun sol gözündə kornea nəqli üçün cərrahiyyə əməliyyat aparılmasını vacib hesab ediblər.
Lakin o, əməliyyata qədər təkrar müayinədən keçməli, lazerlə müalicə olunmalıdır.

Göz həkimləri təkrar müayinə üçün onun iyulun 6-da yenidən xəstəxanaya aparılmasını istəyiblər.

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti son bir həftə ərzində siyasi məhbusun durumunun ağırlığını nəzərə alaraq onunla bağı iki dəfə BMT-ə müraciət edib.

Cəmiyyət siyasi məhbus barəsində hesabat və məlumatı “çox təcili və fövqəladə” başlığı ilə BMT-ə göndərib.

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti bildirib ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Əlirza Fərşinin durumu barədə göndərilən hesabatı aldığını təsdiq edib.

Hal-hazırda Azərbaycan İnsan Haqları Cəmiyyəti BMT-nin ədalətsiz şəkildə həbs olunan Əlirza Fərşinin durumu barədə verəcəyi reaksiyanı gözlədiyini qeyd edib.

Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehranda Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb.

Bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi.

Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Geri dön