Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Farsdilli medianın Azərbaycan qərəzi: Xəzərdə püskürən vulkan "partlayış" kimi təqdim edildi
Farsdilli medianın Azərbaycan qərəzi: Xəzərdə püskürən vulkan "partlayış" kimi təqdim edildi |
Xəbər farsdilli mediada ""Ümid" qaz yatağında partlayış”, “Azərbaycanın Xəzərdə neft qurğusu partladı", “Azərbaycanın neft və qaz obyektlərində böyük partlayış” və digər başlıqlarla təqdim ediblər.
Onlardan bəziləri bu partlayışın raket zərbəsi nəticəsində baş verdiyini yazıb, bunu “İran İslam İnqilab keşikçiləri Korpusunun (SEPAH) Azərbaycandan qısas alması” kimi şərh ediblər. İran mediası hadisəni bir neçə gün öncə İranın Xəzərdə hərbi təlimləri ilə əlaqələndirməyə çalışıb. “Euronews”in fars bölümü də bu şayiələri əsas götürərək hadisə ilə bağlı xəbərləri bu prizmadan təqdim edib. “Bəziləri Azərbaycanın hərbi dəniz təlimlərinin məsələdə rolunun olduğu fikrini önə sürürlər. Bu hadisə Azərbaycanın müdafiə naziri ölkəsinin Xəzər dənizində hərbi dəniz gücünü artırmaq istədiyini bildirməsindən sonra baş verib”-deyə, “Euronews”in fars bölümü yazıb. Almaniya radiosunun fars bölümü “Partlayış yoxsa vulkan püskürməsi?” başlığı ilə yayınladığı xəbərdə yazır: “Sosial mediada yayımlanan görüntülərdə Xəzər dənizindəki qaz yatağı yaxınlığında hündür bir atəş sütunu görünür. Bəzi media qurumları yanğını qaz platformasındakı partlayışla əlaqələndirirlər". İranın “mizanpress” xəbər saytı şayiələri təkrar edərək yazıb: “İyulun 5-i səhər saatlarında xəbər portalları Azərbaycanın Xəzər dənizindəki qaz yataqlarından birində partlayış baş verdiyini yazıblar. Verilən məlumatlara görə, partlayış "Ümid" qaz yatağında baş verib. Bu, Azərbaycanın ikinci böyük qaz yatağı sayılır və Bakının 75 kilometr cənub şərqində yerləşir”. İranın “jurnalistlər klubu”nun saytı isə xəbəri “Azərbaycanın Xəzər dənizindəki neft qazma qurğusunda partlayış” başlığı ilə yayınlayıb. İranın Radio və Televizya Şirkətinin saytı isə hadisəni Rusiya ilə əlaqələndirməyə çalışıb. Hadisə ilə bağlı xəbər "“Ümid" qaz yatağında partlayış və Rusiyanın yeni milli təhlükəsizlik strategiyası” başlığı altında yayınlanıb. “Xəbəronline” saytı isə “Azərbaycanın Xəzər dənizindəki qaz platformalarında partlayış” başlığı ilə yayınladığı xəbərdə yazıb: “Azərbaycan Respublikasının Xəzər dənizindəki qaz kəşfiyyat platformasında yanğın baş verib. Dünən gecə Xəzər dənizində Azərbaycan Respublikasının ərazi sularında böyük bir partlayış baş verdi, bunun mənbəyi hələ də mübahisəlidir. Böyüklüyünə görə Bakıdan adi gözlə görünən partlayış, Azərbaycan Respublikasının səmalarının bir hissəsini 20 saniyə işıqlandırdı. Partlayışın qaz platformasının partlaması və ya palçıq volkanı olması hələlik bilinmir.” Qeyd edək ki, bu xəbərlərin çoxu Azərbaycanın rəsmi qurumlarının partlayışın palçıq vulkanının püskürməsi olduğu barədə verdikləri açıqlamalardan və yayılan fotolardan, videolardan sonra yayınlanıb. Geri dön |