Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “Kapital Bank” “Sberbank”la əməkdaşlığı genişləndirir
“Kapital Bank” “Sberbank”la əməkdaşlığı genişləndirir |
“Kapital Bank” Rusiyanın nəhəng bankı olan “Sberbank” ilə pulköçürməsi sahəsində əməkdaşlıq edir.
Əməkdaşlıq çərçivəsində “Kapital Bank” “Sberbank” tərəfindən tərtib edilən mobil telefon nömrəsi vasitəsilə ani pulköçürmə sisteminə qoşulub. Hazırda “Kapital Bank”a məxsus kartlara “Sberbank”ın mobil tətbiqi vasitəsilə pul köçürmək mümkündür. Bu üsulla maksimum məbləği sutka ərzində 150 min Rusiya rublu civarında olan köçürmələr zamanı 1 faiz (minimum 30 Rusiya rublu) komissiya haqqı tutulur. “Sberbank”ın mobil tətbiqi üzərindən köçürmələr Rusiya rublu valyutasında icra edilir, kartlara isə “Kapital Bank”ın kursuna əsasən manat valyutasında mədaxil olunacaq. Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Geri dön |