Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Rəisinin hökumətində türklərə yer verilməyəcək"- Azərbaycanlı millət vəkil
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Rəisinin hökumətində türklərə yer verilməyəcək"- Azərbaycanlı millət vəkil

“Rəisinin hökumətində türklərə yer verilməyəcək"- Azərbaycanlı millət vəkil


Binablı millət vəkili hesab edir ki, yeni prezidentin təşkil verəcəyi hökumətdə də türklərə yer verilməyəcək. O, bu barədə ürəkaçan xəbərlər eşitmədiyini söyləyib.



"Bundan öncəki hökumətlərin tərkibində ölkənin şimal-qərb əyalətlərindən olan şəxslərə ciddi yer verilməyib və azərbaycanlıların dövlətdə iştirakı əhəmiyyətli dərəcədə azalıb”– “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, millət vəkili belə deyib.



Məhəmməd Baqiri Binabi deyib ki, yeni hökumətin tərkibində bölgədən ən azı iki-üç nəfərin nazir və prezident müavini olmalıdır: "Biz buna çalışacağıq. Bundan öncə bölgədən ol bir neçə nəfər bacarıqlı adamı məsələdən uzaqlaşdırdıq və müxtəlif yollarla onların hörmətdən salıb etibarlarını zədələdik".



"Ümid edirəm ki, 13-cü hökumətdə Azərbaycana layiq olduğu yer veriləcək. Bu pay istəmək deyil, sadəcə ölkənin şimal qərb bölgəsinə lazimi əhəmiyyətin verilmədiyini diqqətə çatdırmaqdır”-deyə, o, İ. Rəisi hökumətində türklərə vəzifə veriləcəyinə ümid etdiyini bildirib.



Bundan bir neçə gün öncə Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi də buna bənzər fikirlər səsləndirib. O, deyib ki, yeni hökumətin tərkibinin ənənəvi qaydada qurulmamalıdır. Əhməd Əlirzabeygi hökumət üzvləri öncədən seçilmişlər olmamalı, yeni kabinetdə bacarıqlı kadrlara yerilməlidir.



O, bildirib ki, köhnə və ənənəvi üsullarla kadr seçimi yeni hökumətin də uğursuzluğuna və mövcud problemlərin daha da dərinləşməsinə gətirib çıxaracaq.



Qeyd edək ki, Ruhani hökumətində 17 nazirdən yalnız biri- Zəngandan olan Əmir Hatəmi türk olub və qalan 16 nazir Tehran, İsfahan, Fars, Kirman, Yəzd, Simnan və Xorasan əyalətlərini təmsil ediblər.



Türklər ölkədə çoxunluq təşkil etsə də, neçə illərdir onlar müxtəlif əhəmiyyətli qurumlardan, o cümlədən Sistemin Məsləhətini Müəyyənləşdirən Şura, Nəzarət Şurası və başqa nüfuzlu qurumlardan uzaqlaşdırılıblar.



Özəlliklə Həsən Ruhaninin hökuməti dövründə türklərə qarşı ayrı-seçkilik daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Bu türk vətəndaşlarla yanaşı bindan öncə əhəmiyyətli vəzifələrdə təmsil olunan azərbaycanlı məmurların, milət vəkillərinin də etirazlarına səbəb olub.



Təhlilçilər bunu mərkəzi hökumətdə təmsil olanların anti-türk və panfarsist baxışları ilə yanaşı, onların türklərə inamlarının olmadığının da əhəmiyyətli dərəcədə rol oynadığını deyirlər.


Geri dön