Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Vətən müharibəsində çoxlu sayda erməni məhv edən 19 yaşlı Firavan Əsgərovun döyüş yolu
Vətən müharibəsində çoxlu sayda erməni məhv edən 19 yaşlı Firavan Əsgərovun döyüş yolu |
Vətən müharibəsi qəhrəmanı Xüsusi Təyinatlı Qüvvələrin əsgəri şəhid Firavan Əsgərov qısa, ancaq şərəfli ömür yaşayıb. O, 20 erməni hərbçisi ilə tək vuruşaraq, 8-ə yaxın düşməni məhv edib, qalanlarını isə şok atəşi ilə ram edib. Yaralanmasına baxmayaraq, döyüşdən geri çəkilməyib.
Səhid anası Şamama Əsəgorva qəhrəman oğlunun həyatı və qəhrəmanlığı haqqında indi qürurla danışır. Əsgərov Firavan Xanbala oğlu 2001-ci il martın 14-də Sabirabad rayonu Surra kəndində dünyaya gəlib. Anası deyir ki, ailənin sevincinə səbəb olan övladın şəninə elə ona Firavan adı verildi. Qoçaq, qorxmaz və mərdliyi ilə seçilən Firavan böyükdən-kiçiyə hər kəsin sevgisini qazanıb. Hələ uşaq yaşlarından hərbiyə çox marağı olan Firavan əsgərliyə sevinc hissləri ilə yollandı. Arzusuna sadiq qalan Firavan hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə yerinə yetirdi. Vətən müharibəsində cəbhədən gələn qələbə xəbərləri bir əsgər ailəsi olaraq bizləri də sevindirdi. Şəhid anası bildirir ki, gözümüz övlad həsrəti ilə yaşlı olsa da, onların haqq yolunda şəhadətə ucalması bir valideyn üçün ən böyük qürur hissidir. Peşəkar hərb sirlərinə dərindən yiyələnən Firavanın ilk döyüş yolu iyul hadisələrindən başlayıb. Həmin döyüşlərdə də qoçaqlığı ilə seçilən Firavan Vətən müharibəsində ilk döyüşə yollananlar arasında yer alıb. Firavanın döyüş yolundan indi atası Xanbala Əsgərov fəxr hissi ilə danışır. Firavan hələ uşaq yaşlarından texnikaya maraq göstərib. Xidməti dönəmində Xüsusi Təyinatlı Qüvvələrdə olduğu üçün bir çox təlimlər keçməsi onun bütün silahlardan sərbəst istifadə etməsinə imkan verirdi, o, dağ, xizək, paraşüt kimi ağır təlimləri uğurla başa vurub. İlk döyüş yolu iyul hadisələri zamanı olsa da, Firavan bu barədə ailəsinə bir kəlmə olsun belə söyləməyib. Vətən müharibəsində isə Firavan və silahdaşlarının ilk döyüş yolu Tərtər bölgəsindən başlayıb. Murovdağ, Talış yüksəkliyi, Suqovuşanın azad olunmasında şücaət göstərən Firavan və döyüşçü yoldaşları ilk qələbə müjdəçilərindən olub. Ömər aşırımı istiqamətində isə Firavan həm də peşəkar sürücü olduğu üçün bir qrup döyüş yoldaşını keçilməz yollardan çıxararaq düşmən atəşindən xilas edib. Daha sonra Firavan və döyüşçü yoldaşlarının yeni tapşırığı Füzuli, Xocavənd istiqamətində olub. Burada bir çox uğurlu tapşırıqlar yerinə yetirən qəhrəmanlar düşmənə sözün əsl mənasında, göz dağı olub. Oktyabrın 20-də Hadrut istiqamətində Firavan tək başına 20-yə yaxın düşmən qüvvəsi ilə üz-üzə gəlir. İçərilərində muzdlu erməni döyüşçüləri də olan qrupla Firavan mərdliklə son damla qanına qədər döyüşür. Açıq döyüşdə 8 erməni hərbçisini məhv edən Firavan digər düşmən qüvvəsini şok atəşi ilə zərərsizləşdirir. Atəş səslərini eşidən Firavanın silahdaşları döyüş yerinə gəlir və sağ qalan muzdlu döyüşçüləri əsir götürürlər. Gərgin döyüşlərdə 2 güllə yarası alan Firavan bir addım belə geri çəkilmir, onun yaraları ağır olduğu üçün həyatını xilas etmək mümkün olmur və düşmənə qarşı son tapşırığını şərəflə yerinə yetirərək şəhadətə ucalır. Bildirək ki, Surra kəndinin Vətən müharibəsində iki şəhidi olub. Onlar Firavan və Bəxtiyar dostlarıdır. Sadiq dostların oxşar həyatı Vətən müharibəsində də özünü büruzə verib. Döyüşlər zamanı Firavan oktyabrın 20-də, Bəxtiyar isə oktyabrın 21-də şəhadətə qovuşub. İndi kənd qəbiristanlığında yan-yana dəfn edilən dostların məzarı sözün əsl mənasında sakinlərin and yerinə çevrilib. Qeyd edək ki, Firavan Əsgərov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Hərbi xidmətlərə görə” , “Vətən Uğrunda, “ Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib. Geri dön |