Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib


Qərbi Azərbaycana Qayıdış Birliyi azərbaycanlıların Ermənistandan zorakılıqla deportasiya olunmasının 24-cü ildönümü ilə bağlı tədbir keçirib.

Seymur Həsənli: "Hadisələrə 1988-ci ildən deyil, 1828-ci il Türkmənçay müqaviləsi ilə ermənilərin(hayların) torpaqlarımıza köçürülməsindən başlamalıyıq."


Tədbirdə azərbaycanlıların Ermənistandan deportasiyasının tarixi, qayıdış perspektivləri, Göyçə-Zəngəzur Muxtar Respublikasının qurulması və Qərbi Azərbaycan probleminin Qarabağ münaqişəsinə təsir imkanları müzakirə mövzusu olub.

Tədbirdə çıxış edən təşkilatın sədri Rizvan Talıbov, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Rövşən Əhmədli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Beynəlxalq Diaspora Mərkəzinin İcra Aparatının rəhbəri Samir Adıgözəlli və digərləri Qərbi Azərbaycandan qovulan soydaşlarımızın problemlərinin beynəlxalq müstəviyə çıxarılması imkanları, indiyə qədər görülən işlər haqda çıxış ediblər.

Konfransda Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli çıxış edərək bir sıra təkliflər səsləndirib. "Biz partiya səviyyəsində İrəvan məsələsinə mövqeyimizi ortaya qoymuşuq. Partiyamızın tərkibində Qərbi Azərbaycan (Ermənistan) Departamenti fəaliyyət göstərir. Bu yaxınlarda "İrəvanın işğalının 185-ci ili"ni qeyd edəcəyik. Partiyamızın sədri Fərəc bəy həm parlament vasitəsilə, həm də AVRONEST-də Ermənistandan təzminat ödəməsi məsələsini gündəmə gətirib. Hadisələrə 1988-ci ildən deyil, 1828-ci il Türkmənçay müqaviləsi ilə ermənilərin(hayların) torpaqlarımıza köçürülməsindən başlamalıyıq. Belə tədbirlərdə gənclərin iştirakını daha çox təşkil etmək lazım. Son deportasiyanın və Qarabağ hadisələrinin şahidi olmayan gənclik formalaşıb. Beynəlxalq təşkilatlarla iş aparmaq öz yerində, amma biz cəmiyyətimizi müharibə üzərində kökləməliyik."

Konfransda çıxış edənlər onu da qeyd edib ki, məsələnin hüquqi müstəvidə mübarizəsinin təşkili daha ciddi irəliləyişlərə nail olunmasına gətirib çıxara bilər. Toplantının sonunda BMT, ATƏT, AŞ PA və digər beynəlxalq təşkilatlara müraciət də qəbul olunub.

Geri dön