Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Putinlə Makron bizə “resept” verir – “Suverenliyimizə təhdid cəhdləri...” - Ortaq planlar
Putinlə Makron bizə “resept” verir – “Suverenliyimizə təhdid cəhdləri...” - Ortaq planlar |
Qarabağ məsələsində Azərbaycanla əlaqələr daim üçtərəfli razılaşmaların icrası çərçivəsində həyata keçirilir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada Vladimir Putinlə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş verən görüşdən sonra Azərbaycan tərəfi ilə hər hansı bir danışıqların planlaşdırılıb-planlaşdırılmayacağına dair sualı cavablandırarkən deyib. “Azərbaycan tərəfi ilə təmaslar davamlı şəkildə aparılır. Hamı üçtərəfli müqavilələrin müddəalarının həyata keçirilməsinin çox vacib olduğunu və alternativinin olmadığını qəbul edir. Və bu icra çərçivəsində həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi ilə təmaslar qurulur”, - deyə Peskov qeyd edib.
El dili ilə desək, deyəsən, Peskov bu açıqlamanı “Xala, xətrin qalmasın” deyə verib. Ən azından ona görə ki, sərhəddə ard-arda təxribatlar törədilir, Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Moskvada səfərdədir. İndi Peskovun iki-üç cümləlik bəyanatı nəyə hesablanıb və nələri dəyişə bilər? Keçmiş millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu barədə “Sherg.az”ın suallarını cavablandırdı: - Rusiya prezidentinin sözçünün bu bəyanatını necə qiymətləndirirsiniz? - Biz sözlərə yox, əməllərə qiymət verməliyik. Üçtərəfli razılaşmanın dördüncü şərtinə uyğun olaraq erməni silahlıları Qarabağdan çıxarılmalı idi. Amma bu, olmadı. Üstəgəl, Laçın dəhlizindən terrorçuların buraxılması, minalı ərazilərin xəritəsinin verilməməsi, Moskvanın mülki idarəetməyə müdaxiləsi və digər amillər Kremlin səmimiliyinə şübhə yaradır. Əgər atəşkəsdirsə, minalı ərazilərin xəritəsi mütləq verilməli idi. Çünki mina da silahın bir növüdür. - Elə son təxribatlarda da sülhməramlıların reaksiyasını görmədik... - Bəli. Sülhməramlılar işlərini görmürlər. Əvəzində Putin, Makron Qarabağla bağlı bizə “resept” verirlər. Məgər Bakı onların daxili işlərinə qarışır?! Suverenliyimizə təhdid cəhdləri qeyri-səmimiliyin ən bariz təzahürüdür. - Təxribatlar, Paşinyanın Moskva səfəri və Peskovun açıqlamasının eyni vaxta düşməsi təsadüfdür? - Əlbəttə, yox. Bu, onu göstərir ki, ortaq planlar var. Hər halda Rusiyanın icazəsi olmadan erməni ov tüfəngindən də atəş aça bilməz. - Məqsəd nədir? - Sülhməramlıların sayını artırmaq. Lakin onların fəaliyyət müddəti uzaqbaşı beş il ola bilər. Qarabağ hərbi baza deyil! Belə bleflerlə bizə təsir etmək mümkün olmayacaq! Kənan Novruzov/sherg.az Geri dön |