Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > İraqda koronavirus xəstəxanasında yanğın nəticəsində ölənlərin sayı 77-yə çatıb
İraqda koronavirus xəstəxanasında yanğın nəticəsində ölənlərin sayı 77-yə çatıb |
İraqın Di-Qar əyalətinin En-Nəsiriyə şəhərində koronavirus xəstəxanasında yanğın nəticəsində həlak olanların sayı 77 nəfərə çatıb.
Bu barədə Al Hadath telekanalı İraq mənbələrinə istinadla məlumat yayıb. Yanğın bazar ertəsi günü axşam saatlarında baş verib. Yanğına oksigen balonunun partlaması səbəb olub. Hadisə ilə əlaqədar əyalətin səhiyyə naziri istefa verib. İraqın səhiyyə naziri Mustafa əl-Kazımi ölkədə matəm elan edib, faciənin səbəblərini təhqiq etmək üçün xüsusi komissiya yaradılması barədə tapşırıq verib. Bu, iraqda koronavirus xəstələri ilə bağlı ilk belə hadisə deyil. Aprelin 24-də Bağdaddakı “İbn əl-Xatıb” xəstəxanasında baş verən yanğımda 82 nəfər həlak olmuş, 110 nəfər xəsarət almışdı. Geri dön |