Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat necə verilir?
Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat necə verilir? |
Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat necə verilir
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda bildirilir ki, elektrik enerjisi təchizatçılarının istehlakçılara satılan elektrik enerjisinin mənbəyinin sənədləşdirilməsi, elektrik enerjisi bazarında alqı-satqı zamanı bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi mənbəyinin müəyyənləşdirilməsi və izlənilməsi, istehsalçıların bu Qanun çərçivəsində müəyyən edilmiş dəstək mexanizmlərindən istifadə etməsi məqsədilə istehlakçı və ya istehsalçının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat verilir. Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydası və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir. Həmçinin bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanması ayrı-seçkiliyə yol verilmədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilmiş tariflərə əsasən təmin edilir. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalçıları elektrik enerjisinin ötürülməsi və paylanması üçün üstünlüyə malikdir. İstehsalçılar ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında elektrik stansiyalarının elektrik şəbəkəsinə qoşulması müqaviləsi bağlanılır. Elektrik şəbəkəsinin inkişafı planlaşdırılarkən elektrik stansiyalarının şəbəkəyə vaxtında qoşulmasını və tam istismarını təmin etmək üçün fəaliyyət planı nəzərə alınır. Geri dön |