Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Gürcüstanda koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb

Gürcüstanda koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb


Gürcüstanda koronavirusa yoluxma hallarında kəskin artım qeydə alınıb. Son 24 saat ərzində bu ölkədə 1 862 nəfərdə koronavirus aşkarlanıb. Bu son 5 ayda ən yüksək göstəricidir.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, son sutka ərzində 619 nəfər müalicə olunub, 11 pasiyent həyatını itirib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların sayı 379 673-ə çatıb.

Xəstələrin 360 558-i sağalıb, 5 479-u isə dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 13 610 nəfər təşkil edir.

Mərkəzdən onu da bildiriblər ki, ölkədə vaksinasiya prosesi də davam edir.

Bu günədək Gürcüstanda 310 min 332 nəfər vaksinasiya olunub.

Geri dön