Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yarım ildə Energetika Nazirliyinin Çağrı mərkəzinə 2575 müraciət daxil olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Yarım ildə Energetika Nazirliyinin Çağrı mərkəzinə 2575 müraciət daxil olub

Yarım ildə Energetika Nazirliyinin Çağrı mərkəzinə 2575 müraciət daxil olub


Cari ilin ikinci rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin Çağrı mərkəzi və qaynar xətti tərəfindən 1383 zəng qəbul edilib.

Nazirlikdən bildirilib ki, daxil olan zənglərin 849-u enerji təchizatı, 77-si qaz təchizatı, 76-sı elektrik və qaz sayğaclarının quraşdırılması, 6-sı mərkəzi istilik sistemi, 333-ü isə digər məsələlərlə bağlı olub. Zənglərin 39-nu təşəkkür xarakterli, 3-nü isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.

Ümumilikdə bu ilin 6 ayı ərzində Energetika Nazirliyinin Çağrı mərkəzi və qaynar xətti vasitəsilə 2575 zəng qəbul edilib ki, bunların 1426-sı enerji təchizatı, 237-si qaz təchizatı, 155-i sayğaclaşdırma, 20-si mərkəzi istilik sistemi, 81-i təşəkkür, 647-si isə digər məsələlərlə bağlı müraciətləri əhatə edib. Zənglərin 9-u Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər olub.

Bu dövrdə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, xüsusi karantin rejiminin davam etdiyi müddətdə vətəndaşlar müraciətlərini (012) “974” Çağrı mərkəzi, (012) 598-16-55 qaynar xətti, “minenergy@minenergy.gov.az” elektron poçt ünvanı və “www.minenergy.gov.az” internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

Geri dön