Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BDU Linkoln Universiteti ilə ikili diplom proqramı üzrə əməkdaşlıq edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > BDU Linkoln Universiteti ilə ikili diplom proqramı üzrə əməkdaşlıq edəcək

BDU Linkoln Universiteti ilə ikili diplom proqramı üzrə əməkdaşlıq edəcək


Bakı Dövlət Universiteti (BDU) ilə ABŞ-ın Linkoln Universiteti arasında ikili diplom proqramına dair əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub.

Bu barədə BDU-dan bildirilib. Qeyd olunub ki, onlayn imzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev, rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev və Linkoln Universitetinin prezidenti Mixail Brodski iştirak ediblər.

Rektor Elçin Babayev Linkoln Universiteti ilə birgə kadr hazırlığının, universitetlərarası ikili diplom proqramının əhəmiyyətindən bəhs edib və gələcək əməkdaşlığın məhsuldar və faydalı olması üçün bütün zəruri addımların atılacağını bildirib.

Linkoln Universitetinin prezidenti Mixail Brodski universitetlər arasında əlaqələrin genişləndirilməsinin təhsilin inkişafına töhfə verdiyini vurğulayıb.

Sonra BDU və Linkoln Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

İkili diplom proqramı iqtisadi və idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri təsnif etmək və onları effektiv həll etmək bacarıqlarına malik olan, təhsil, elm və işgüzar fəaliyyət sahəsi üçün ölkəmizdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması prosesinə təkan verəcək.

Qeyd edək ki, Linkoln Universitetində biznes administrasiyası sahəsində yüksək səviyyədə bakalavr (BBA), magistr (MBA) və doktorant hazırlığı həyata keçirilir. Universitetin Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) proqramı ABŞ-da Biznes Təhsili üzrə Beynəlxalq Akkreditasiya Şurası (IACBE) tərəfindən xüsusi akkreditasiyadan keçib.

Geri dön