Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əsas kapitala yönəldilmiş vəsaitin 74,4 faizi sənaye və tikinti sahələrinə yönəldilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Əsas kapitala yönəldilmiş vəsaitin 74,4 faizi sənaye və tikinti sahələrinə yönəldilib

Əsas kapitala yönəldilmiş vəsaitin 74,4 faizi sənaye və tikinti sahələrinə yönəldilib


Cari ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,4 faizi sənaye, 20 faizi isə tikinti sahələrinə yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sözügedən müddət ərzində ümumi vəsaitin 13,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi peşə, elmi və texniki fəaliyyət, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 1,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi təhsil, 0,8 faizi informasiya və rabitə, 0,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Geri dön