Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Borçalı > Gürcüstanın 2021-ci il dövlət büdcəsinə əlavə və dəyişikliklər edilib
Gürcüstanın 2021-ci il dövlət büdcəsinə əlavə və dəyişikliklər edilib |
Gürcüstan parlamenti 2021-ci ilin dövlət büdcəsinə əlavə və dəyişiklikləri təsdiqləyib. Büdcə gəlirləri 1 milyard 175 milyon lari artırılıb.
Gürcüstan maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze parlamentin iclasında büdcəyə təklif olunan əlavələr və dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, əlavə dəyişikliklərdə ölkədə ümumi daxili məhsul istehsalının həcmi 3,4 faizdən 7,7 faizədək artacaq. Büdcə kəsiri isə 7,6 faizdən 6,9 faizə endirilib. Yeni büdcə zərfində hökumətin borcu 54,6 faiz nəzərdə tutulub. Bundan başqa, hökumət vergiləri 1 milyard 114 milyon lari artırıb. Dövlət büdcəsindən isə təxminən 19,5 milyard lari xərclənəcək. Bununla yanaşı, pandemiya ilə əlaqədar olaraq səhiyyə xərclərinə 446 milyon lari əlavə edilir. Hazırda bu rəqəm 846 milyon lari təşkil edir. Geri dön |