Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Qəbələ RLS-lə bağlı məsələ çözülür
Qəbələ RLS-lə bağlı məsələ çözülür |
Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı müzakirələr gedir və ilin sonunadək məsələ həll ediləcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
Ekspertlər Qəbələ RLS-in Rusiya üçün əhəmiyyət daşımadığını deyirlər. Hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Qəbələ RLS Rusiya üçün əhəmiyyət daşımır: “Texniki cəhətdən stansiya Rusiya tərəfi üçün əhəmiyyət kəsb etmir. Rusiya məlumat əldə etmək üçün ayrı yerdə də stansiya qura bilər. Millət vəkili Aydın Mirzəzadə RLS-lə yanaşı Rusiya hərbçilərinin Azərbaycanın hava limanından, kommunikasiya xətlərindən istifadə etdiyini söyləyərək, qonşu ölkənin Qəbələ RLS-ə alternativ variantların olduğunu deyir. Millət vəkili danışıqların nəticəsindən asılı olmayaraq ölkələrarası münasibətlərə zərər dəyməyəcəyini bildirib: “Rusiya Azərbaycanın maraqlarını nəzərə almalıdır. O ki qaldı münasibətlərə, bir obyektə görə münasibətlərə zərər dəyməz”. Qeyd edək ki, Qəbələ RLS 1997-ci ildə Azərbaycan tərəfindən Rusiyaya 15 il müddətinə icarəyə verilmişdi. Azərbaycan Qəbələ RLS-in icarə müddətinin uzadılması müqabilində bir sıra təkliflər irəli sürüb. Bura icarə haqqının artırılması, RLS-in ekoloji təsirlərinin aradan qaldırılması üçün Rusiyanın əlavə pul ayırması, stansiyadakı azərbaycanlı heyətin sayının artırılması, stansiyadan müştərək istifadə, o cümlədən, rəsmi Bakı ilə razılaşmadan stansiyada əldə olunan məlumatların üçüncü dövlətə ötürülməməsi daxildir. Geri dön |