Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Nepartak” tropik qasırğası Yaponiyanın Miyaqi prefekturasının sahillərinə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > “Nepartak” tropik qasırğası Yaponiyanın Miyaqi prefekturasının sahillərinə çatıb

“Nepartak” tropik qasırğası Yaponiyanın Miyaqi prefekturasının sahillərinə çatıb


İyulun 28-də yerli vaxtla səhər saatlarında “Nepartak” tropik qasırğası Yaponiyanın şimal-şərq sahillərinə çatıb.

Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, güclü qasırğa səhər saat 6 radələrində Miyaqi prefekturasının İşinomaki şəhərində sahilə çıxıb. Bildirilir ki, bu, tropik qasırğanın Miyaqi sahillərindən ölkə ərazisinə daxil olduğu ilk haldır. Qasırğanın mərkəzində küləyin sürətinin saniyədə 20 metrə, şiddətlə əsdikdə 30 metrə çatdığı qeyd edilir.

Meteoroloqların proqnozuna görə, ölkənin şimal-şərq rayonlarına sutka ərzində 100 millimetr yağıntı düşəcəyi gözlənilir. Güclü yağışın daşqınlara və torpaq sürüşmələrinə səbəb olacağı da bildirilir. Qasırğa səbəbindən ictimai nəqliyyatın hərəkətində fasilələr də yaranıb, 20-dən çox yerli aviareys təxirə salınıb.

“Nepartak” cari fəsildə Sakit okeanda əmələ gələn sayca səkkizinci qasırğadır. Onun hazırda Olimpiya Oyunlarının keçirildiyi Tokio ərazisindən keçəcəyi gözlənilsə də, qasırğa sonradan istiqamətini dəyişib.

Geri dön