Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı ilə bağlı qoyulan tələblər sahibkarlarla müzakirə edilib
Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı ilə bağlı qoyulan tələblər sahibkarlarla müzakirə edilib |
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pomidor istehsalçıları və ixracatçıları ilə görüş keçirib.
AGTA-dan bildirilib ki, agentliyin sədr müavinləri Rəşad Mafusov, Balarəhim Quliyev, aparat rəhbəri Elxan Mikayılovun iştirakı ilə videokonfrans formatında keçirilən görüşdə Azərbaycandan Rusiyaya ixrac olunan bitkiçilik məhsulları, həmçinin pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində bu ölkədə dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" 1997-ci il 19 iyul tarixli, 109-Ф3 nömrəli Federal Qanununa edilmiş dəyişikliklər müzakirə edilib. Görüşdə Rusiya tərəfindən meyvə-tərəvəz məhsullarının idxalına qoyulan tələblər, həmçinin yeni qanunvericilik tələblərinə cavab verməyən meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracının mümkün olmayacağı iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin bildirilib ki, sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydalara uyğun pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verilir. Eyni zamanda təsərrüfatlarda istifadə olunan toxum və tinglər müayinələrə cəlb olunmalı və dövri olaraq dezinkefisya tədbirləri həyata keçirilməlidir. Azərbaycandan Rusiyaya ixrac olunan pomidor məhsulunda qonur qırışıqlıq və pepino mozaika viruslarının aşkarlanması ilə bağlı daxil olan bildirişlər və bu halların araşdırılması istiqamətində görülən tədbirlər barədə iştirakçılara geniş məlumat verilib. Eyni zamanda bitkiçilik sahəsində ölkəmizin və Rusiya Federasiyasının idxal tələbləri barədə məlumatlar sahibkarların diqqətinə çatdırılıb. Bitki mənşəli məhsulların ixracı ilə bağlı Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri, ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və təsərrüfat sahiblərinin məsuliyyəti onlara izah olunub. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb. Geri dön |