Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Amsterdamda Dağlıq Qarabağ problemi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Amsterdamda Dağlıq Qarabağ problemi

Amsterdamda Dağlıq Qarabağ problemi


Ötən gün Hollandiyanın paytaxtı Amsterdamda ''Dağlıq Qarabağ problemi və Cənubi Qafqazın Təhlükəsizlik Problemi'' mövzulu konfrans keçirilib.


10 Dekabr “Dünya İnsan Haqları Günü” münasibəti ilə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) tərəfindən koordinasiya edilən beynəlxalq konfransa Hollandiya Türkevi Araşdırmalar Mərkəzi, BAK və Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) dəstək veriblər.
Konfrans Cənubi Qafqazda təhlükəsizlik problemlərini, Ermənistanın Azərbaycana hücumu, Qarabağda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, işğal altındakı torpaqlardakı mədəni abidələrin məhv edilməsi və yaşanan böyük insan hüquqlarının pozulması dünya ictimaiyyəti ətraflı məlumat vermək məqsədilə keçirilib.
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) başçısı Dr. Hatəm Cabbarlı, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) sədri Hikmət Eren, Hollandiya Türkevi Araşdırmalar Mərkəzi başçısı Veyis Güngör və BAK sədri Sahil Qasımov, Azərbaycan Milli Məclisi Millət vəkili Qənirə Paşayeva və Adil Əliyevin natiq olaraq qatıldığı konfransda Azərbaycan və Türkiyədən də insan hüquqları təşkilatları nümayəndələri, elm adamları, parlamentarlar və mətbuat nümayəndələri iştirak edib
Ermənistanın Xocalıda törətdiyi soyqırımı bütün dünyaya eşitdirmək məqsədi ilə dünyanın hər yerində konfranslarda, seminarlarda iştirak etdiyini bildirən Paşayeva "Xocalı soyqrımı yalnız Azərbaycan Türklərinə deyil bütün insanlığa qarşı edilmiş bir cinayətdir" deyib.
İcra etməkdə olduqları "Avrasiya görüşmələri" proyektində Qarabağ, Qərb Trakya, Şərq Türkistan kimi qanayan yaralarımızı bütün dünyaya çatdırmağı özlərinə borc bildiklərini əlavə edən Hollandiya Türkevi Araşdırmalar Mərkəzi Müdiri Veyis Güngör "10 dekabr “Dünya İnsan Hüquqları Günü” münasibəti ilə Azərbaycan və Azərbaycandan gələn qonaqlarımızı təbrik edir və onları Hollandiyada görmək bizi çox şad etdi"deyə bildirib.
Türk Dünyasının əhəmiyyətli səs sənətçilərindən Azərin qısa konsert proqramı verib.
Hollandiya parlamentində reallaşan konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib.

Geri dön