Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Həqiqətin bir hissəsini xalqa danışmadıq”- Həsən Ruhani hökumətin son iclasını keçirib
“Həqiqətin bir hissəsini xalqa danışmadıq”- Həsən Ruhani hökumətin son iclasını keçirib |
Avqustun 1-də Nazirlər Kabinetin axırıncı iclasında çıxış edən Həsən Ruhani ölkədəki mövcud bir sıra çatımazlıqları Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirib.
Prezident deyib ki, o ölkədə yaşanan problemlərlə bağlı xalqa düzünü danışsa da, bəzi məsləhətlərə görə həqiqətlərin bir hissəsini ölkə əhalisinə danışmayıb. “Bizim son illər xalqa dediklərimiz həqiqətdən başqa bir şey olmayıb. Biz olanları millətə danışmışıq. Lakin həqiqətin bir hissəsini xalqa danışmadıq və hesab edirəm ki, danışa da bilməzdik. Çünki bunun deyilməsi o qədər də faydalı sayılmırdı. Biz məsum deyilik. Sözsüz ki, bizim də nöqsanlarımız olub. Lakin biz həmişə çalışmışıq ki, nöqsanlarımız daha az olsun və mən yol verdiyimiz həmin nöqsanlara görə bu gün ölkə əhalisindən üzr istəyir, onlardan bizi bağışlamasını istəyirəm”, -deyə İran prezidenti bildirib. Ruhani, hökumətinin ölkə əhalisindən gizli saxladığı “həqiqətin bir hissəsi”nin nədən ibarət olduğunu açıqlamayıb. Hökumətin son iclasına qatılan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərlə görüşündə Vyanada aparılan nüvə danışıqlarına toxunaraq Amerika və Avropa ölkələrini öz əhdinə sadiq qalmamaqda günahlandıraraq, İran İslam Respublikasının dünyada hər hansı bir yaxın müttəfiqinin olmadığını bildirib. “Hesab edirəm ki, biz heç kəsə etimad etməməli, inanmamalıyıq. Beynəlxalq əlaqə və münasibətlərdə etimaddan söz gedə bilməz. Beynəlxalq əlaqələrdə hətta ən yaxın müttəfiqə də inanmaq və etimad etmək olmaz. Məhz buna görə də bizim hər hansı bir müttifiqimiz yoxdur. Ölkə liderinin də dediyi kimi heç vaxt xaricilərə inanmaq olmaz və heç vaxt da xaricilərə inanıb güvənməklə gələcək üçün proqram hazırlamaq düzgün deyil”, -deyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib. Xatırladaq ki, bundan əvvəl Məhəmməd Cavad Zərif və İranın bir sıra digər yüksək vəzifəli rəsmiləri öz bəyanatlarında Çin və Rusiyanın İranın mühüm strateji müttəfiqi olduğunu bildirmişdilər. Geri dön |