Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baydenin iki həftəyə Azərbaycanda hakimiyyəti dəyişmək iddialarında böyük qüsur... Jirinovskinin görmək istəmədiyi xalq dəstəyi faktoru...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Baydenin iki həftəyə Azərbaycanda hakimiyyəti dəyişmək iddialarında böyük qüsur... Jirinovskinin görmək istəmədiyi xalq dəstəyi faktoru...

Baydenin iki həftəyə Azərbaycanda hakimiyyəti dəyişmək iddialarında böyük qüsur... Jirinovskinin görmək istəmədiyi xalq dəstəyi faktoru...


Rusiya Liberal Partiyasının sədri Vladimir Jirinovski yenə də “kor atı minib göndələn çapır”. Adam o qədər sərsəmləyir ki, nə danışdığını bilmir. Deyəsən, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə Jirinovskinin də qara planlarının üsündən tamamilə xətt çəkib. Bu adam o qədər çaşıb ki, nə danışdığını bilmir. Jirinovski deyib ki, Bayden istəsə, iki həftəyə İlham Əliyevi devirə bilər.

Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra İlham Əliyevin nüfuzu bu qədər qalxıbsa, hansısa xarici ölkənin onu devirməsinə Azərbaycan xalqı imkan verərmi?

Fərəc Quliyev: “Prezident haqqı olan bir etibarı qazanıb və xalq tərəfindən də çox ciddi şəkildə müdafiə olunur”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin fikrincə də, Jirinovskinin fikirləri cəfəngiyatdan başqa bir şey deyil. “Əlbəttə, bu cəfəngiyatdı və Azərbaycan hökməti, təbii ki, Ali Baş Komandan bu gün reytinqinin ən yüksək mərhələsini yaşayır. Yəni Prezident haqqı olan bir etibarı qazanıb və xalq tərəfindən də çox ciddi şəkildə müdafiə olunur. 30 ildən sonra Azərbaycan torpaqlarının azad olunması, ölkənin səfərbər olunması, birliyin yaradılması, ordumuzun çox doğru zamanlama ilə düşməni məhv etməsi, təbii ki, Ali Baş Komandanın birbaşa özünün layihəsidir, onun sənət əsəridir. Ona görə də çox yüksək reytinqə malikdirsə, belə bir halın olması mümkün deyil. Söhbət ondan gedir ki, bu gün Jirinovskinin çərənləmələrinə mətbuatda müxtəlif ictimai-siyasi xadimlər, tanınmış adamlar, deputatlar münasibət bildirir. Əslində, Jirinovski Rusiyanın boğazıdır, danışır, o icraçıdır...”

F.Quliyev hesab edir ki, müharibədən əvvəl də, müharibə dönməmində də, müharibədən sonra da Rusiyanın kifayət qədər xətaları olub, biz Rusiyanın müharibənin gedişində ermənilərə 900 ton silah-sursat verdiyinin fərqindəyik: “Rusiya özü də inkar etmir. Deyir ki, balansı saxlamaq üçün Ermənistanı silahlandırıb. Müharibənin gedişində onlara ballistik raketlər verdi. Bugünə qədər bizə cavab verməyiblər ki, “İsgəndər” raketlərini kim hardan, necə atıb”.

F.Quliyev deyir ki, Rusiya indiyə qədər bizə qarşı etdiklərinə aydınlıq gətirməyib, lakin gətirməlidir.

İradə SARIYEVA/baki-xeber.com

Geri dön