Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > AXCP sədrinin müavinindən Elçibəy haqqında inanılmaz iddia - reaksiyalar
AXCP sədrinin müavinindən Elçibəy haqqında inanılmaz iddia - reaksiyalar |
Siyasi kuluarlarda yeni bir müzakirə yaradacaq mövzu var. AXCP sədrinin müavini Seymur Həzi bəyan edib ki, Əbülfəz Elçibəy ideoloji baxışlarına görə sosial-demokrat idi. Onun bu iddiası geniş müzakirələr yaradıb.
AXCP niyə Elçibəyi indi milliyyətçilikdən sosial demokratiyaya “transfer edir”? Elçibəyin silahdaşlarından sayılan, vaxtilə AXC İcraiyyə Komitəsinin sədri olan, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iddia ətrafında sərt tonda mövqe sərgilədi: “Əvvəla, deyim ki, Azərbaycan Xalq Cəbhəsi ölkəmizi müstəqilliyinə qovuşdurandan sonra missiyasını bitirmişdi. O zaman yüz minlərlə insan fədakarlıq göstərib, dövlət qurdu. Bu gün Xalq Cəbhəsi adı altında çıxış edənlərin gerçək Xalq Cəbhəsinə, Azərbaycan Xalq Hərəkatına heç bir aidiyyəti yoxdur. Bir daha deyirəm ki, o zaman Yurd təşkilatı adı altında çıxış edənlər bu adı mənimsəyiblər. Təbii ki, Azərbaycan Xalq Cəbhəsinin missiyasını nə həyata keçirmək istəyirlər, nə də bunda maraqlı deyillər. Əslində Azərbaycan Xalq Cəbhəsinin əsas missiyası Bütöv Azərbaycançılıqdır, Turançılıqdır, türk millətçiliyidir. Bütün bunların hazırda Xalq Cəbhəsi adı altında çıxış edənlərin fəaliyyətlərinə heç bir aidiyyəti yoxdur. Neçə dəfə bu təşkilat Güney Azərbaycanla bağlı məsələ qaldırıb? Türk dünyası ilə maraqlanıb? Əksinəb bunlar gedib Moskvada Milli Şura yaradıblar. Elçibəyin sevmədiyi və hər zaman ifadə etdiyi ”Mən Moskva və Tehran çocuqları ilə bir yerdə olmaram" ifadəsini yada salaraq demək olar ki, onların fəaliyyətləri həmin məktəbə tam ziddir. Fərəc Quliyev: “Onların fəaliyyətləri həmin məktəbə tam ziddir” Məsələ burasındadır ki, hər bir lider özünün missiyası, məfkurə məktəbi yaşadıqca yaşayır. O məfkurə məktəbini yaşadanlar təbii ki var. Bizim təşkilat Milli Dirçəliş Hərəkatı Partiyası olaraq, Bütöv Azərbaycanla bağlı Güney Azərbaycan, Türk Dünyası, Borçalı, İrəvan kimi departamentlər yaratmışıq. Bunlara uyğun müəyyən fəaliyyətlər göstəririk. Bu məktəbi qorumaq lazımdır. İndiki Azərbaycan Xalq Cəbhəsi Partiyası adı altında çıxış edən Yurd təşkilatı isə bu məfkurə məktəbinə zidd fəaliyyət göstərir. İndi özlərini doğru fəaliyyət göstərən kimi göstərmək istəyən, Elçibəy yolunda olduqlarını imitasiya etmək üçün hər şeydən əllərinin üzüldüyünü görüb, Elçibəyin məfkurə məktəbini, onun ideoloji prinsiplərini fərqli şəkildə təqdim etmək istəyirlər. Bu da bir şeyə xidmət edir, yalnız özlərini təmizə çıxarmağa, guya doğru yolda olduqları görüntüsünü yaratmağa çalışırlar. Xalq Cəbhəsinin ideoloji xəzinəsini, illərlə yığdığını xərcləyəndən sonra indi də Elçibəyin adından istifadə edirlər. Bu yolla gündəmdə qalmaq istəyirlər. Əvvəla, Elçibəy bir türk millətçisi idi. Daxili siyasətdə demokratiyanı üstün tutan, bütün təbəqələr arasında bərabərlik yaradan, onların azad, firavan həyat yaşamasını istəyən bir siyasətçi idi. Bu gün onun haqqında yanlış təqdimat ortaya qoymaq istəyənlər var. Bununla heç nəyi dəyişmək mümkün deyil. Elçibəyi bütün dünya tanıyır. Ortalığa bir-iki nəfərin çıxıb nəyisə deməyi heç nəyi dəyişməz". Cavanşir ABBASLI/“Yeni Müsavat” Geri dön |